Gamereactor — Vikipediya

Gamereactor
"Gamereactor" jurnalı, avqust 2014-cü il tarixli buraxılış
"Gamereactor" jurnalı, avqust 2014-cü il tarixli buraxılış
Növ Videooyunlar
Dövrilik ildə 10 dəfə
Tiraj 100 000
Təsisçi Morten Reyçel
Klaus Reyçel
Təsis tarixi 1998
Şirkət Gamez Publishing[1]
Ölkə  Danimarka
Qərargah Strandveyen 72, 2900 Hellerup, Danimarka
Dil ingilis dili, Danimarka dili, İsveç dili, Norveç dili, fin dili, alman dili, fransız dili, italyan dili, ispan dili, portuqal dili
ISSN 1653-3356
gamereactor.eu

Gamereactorvideooyunları əhatə beynəlxalq onlayn jurnal. 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada təsis edilən jurnal ilk dövrlərdə "Gamez.dk" adı altında fəaliyyət göstərirdi.

Tarix[redaktə | mənbəni redaktə et]

Jurnal və sayt 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada "Gamez.dk" adı altında təsis edilmişdir. "Gamez.dk" 2002-ci ildə "Gamereactor.dk/.se/.no" saytlarını "Egmont Digital" şirkətindən satın almışdır. 2001-ci ildə onlar Norveçdə daha sonra isə İsveçdə "Gamereactor Magazine" jurnalını nəşr etməyə başladılar. "Gamereactor Magazine" jurnalı 2007-ci ildən bəri Finlandiyada da nəşr edilir. 2009-cu ildə jurnalın alman dilindəki, 2010-cu ildə italyan dilindəki, 2013-cü ildə isə portuqal dilindəki saytı fəaliyyətə başlamışdır. "Gamereactor" saytının fransız dilindəki versiyası 2016-cı ilin noyabr ayından, Niderland dilindəki versiyası 2017-ci ilin yanvar ayından, Çin dilindəki versiyası isə 2018-ci ilin yanvar ayında bəri fəaliyyət göstərir. 1 sentyabr 2008-ci ildə "Gamereactor" saytının ingilis dilindəki versiyası "Gamereactor International" adı altında fəaliyyətə başlamışdır. Bu sayt videooyun sənayəsi haqda xəbərlər, rəylər, gözdən keçirmələr paylaşırdı. Jurnal 2013-cü ildə Böyük Britaniyada nəşr edilməyə başlamışdır.[1]

Jurnalın hər il 10 nömrəsi nəşr edilir. Onlar Danimarka, İsveç, fin, Norveç, almaningilis dillərində nəşr edilir. Saytın mobil,[2] PlayStation 4[3]Xbox One[4] platformaları üçün nəzərdə tutulmuş applikasiyaları da mövcuddur.

2004-cü ildə "Gamereactor" jurnalının incəsənət üzrə direktoru Piter Heqevall İsveçin ən böyük dizayn mükafatlarının birinə nominasiya olmuşdur.[5] 2013-cü ildə Böyük Britaniyada fəaliyyət göstərən "Gamereactor Magazine" jurnalı Oyun KİV Mükafatlarında ən yaxşı nəşr edilən jurnal mükafatına,[6] 2015-ci ildə isə jurnalın redaktor heyəti ən yaxşı redaktor heyəti mükafatına nominasiya olmuşdur.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 LIBRIS 9376533
  2. Şah, Keval. "Gamereactor introduces iPhone app". Mobiletor.com. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
  3. "Gamereactor launches PlayStation 4 app today". Gamereactor.eu. Gamereactor. 17 dekabr 2014. 7 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
  4. "The Gamereactor app is now available on Xbox One". Gamereactor.eu. Gamereactor. 7 sentyabr 2016. 1 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
  5. "Gamereactor". Revolvy.com. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
  6. "Games Media Awards 2013: The Finalists". MCV. 1 avqust 2013. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.
  7. "The Games Media Awards are tonight - here's what you need to know". MCV. 14 oktyabr 2015. 13 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

gamereactor.eu — "Gamereactor" jurnalının rəsmi saytı