Hörmüzgan ostanı — Vikipediya

Hörmüzgan ostanı
27°11′18″ şm. e. 56°16′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 70.697 km²
Əhalisi
Əhalisi
  • 1.776.415 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Hörmüzgan ostanı xəritədə
Hörmüzgan ostanı
Hörmüzgan ostanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hörmüzgan ostanı

Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir.[2] 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır.[3] Əhalisini əsasən farslar, ərəblər (10%)[4], bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.

2010-cu ildə Hörmüzgan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi[5]
etnik qrup nisbəti
Farslar
  
85.10%
Bəluclar
  
5.90%
Ərəblər
  
5.00%
Mazandaranlılar
  
1.50%
Lurlar
  
0.90%
Kürdlər
  
0.60%
Azərbaycanlılar
  
0.50%
Təsniflənməmiş
  
0.50%

Mövqeyi[redaktə | mənbəni redaktə et]

Hörmüzgan ölkənin cənubunda, Fars körfəziHind okeanının sahilindəƏrəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır.

Vilayət şimaldan FarsKirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur. Ümumi sahəsi 70697 km², əhalisi 1403674 nəfər, inzibati mərkəzi Bəndər Abbas şəhəridir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hörmüzgan yerləşdiyi strateji mövqeyi ilə FarsSasanilər dövründə həmişə əhəmiyyətli bir region olmuşdur. İslam hakimiyyətindən sonra regionun əhəmiyyəti daha da artmış və region yaxşı ticarət imkanlarına malik olduğu üçün zənginləşmişdir. Marko Polo 1272 və 1293-cü illərdə Bəndər Abbası ziyarət etmiş və şəhər bazarlarında ləl-cəvahiratların, Hind-Çindən gətirilən ipək və fil sümüyü məmulatlarının bolluğunu və gözəlliyini qeyd etmişdir.

Birinci Dünya Müharibəsi illərində bu regionda neftin kəşfi ilə regionun əhəmiyyəti daha da artmışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Hörmüzgan cənubda Zaqros dağlarının bitdiyi, dərə-təpəli ərazidə yerləşir. Bu dağlıq hissə vilayətin qərbini (Bəndər Abbasın qərb hissəsi) təşkil edən regiondadır. Əyalətin şərqi isə nisbətən daha düz bir struktura malikdir.

Əyalətin iqlimi isti və rütubətlidir. 49 dərəcədən yuxarı temperatur müşahidə edilir. İllik yağıntı miqdarı azdır və quraq torpaq formasına malikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.). 1965.
  2. "World Gazetteer : Iran: divisions administratives (superficie (km²))". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  3. "İran Statistika Mərkəzi : İranın ostanları (ingiliscə)". 2008-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  4. "London, UK, March 2008. Dr. Afrasiab Shekofteh. State of Minorities in Iran — pen-kurd.org". 2018-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-12.
  5. طرح بررسی و سنجش شاخص‌های فرهنگ عمومی کشور (شاخص‌های غیرثبتی){گزارش}:استان هرمزگان/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۹-۶۴-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۸۹ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]