Hüseyn Cavid (film, 1988) — Vikipediya

Hüseyn Cavid
Janr bioqrafik
Rejissor Tofiq Mütəllimov
Ssenari müəllifi Tofiq Mütəllimov
Operator Rəfael Salamzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1988
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1988
Texniki məlumatlar 2 hissə
540 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycanın görkəmli sənətkarı, şair-dramaturq Hüseyn Cavidə ithaf edilmişdir. Taleyi böyük faciələrlə üzləşən şairin həyat və yaradıcılığının mühüm səhifələri filmin əsas süjet xəttini təşkil edir. Kinolentdə Cavidin olmazın müsibətlərə düçar olmuş ailəsi barədə, əsərlərinin səhnə taleyi haqında söhbət gedir.

Filmdə ədibin cənazəsinin Bakıya gətirilməsi, Naxçıvanda torpağa tapşırılması da əksini tapmış, dramaturqun "Topal Teymur", "İblis", "Ana" əsərlərindən fraqmentlər verilmişdir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan Ali Təhsil Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Tofiq Mütəllimov
Ssenari müəllifi: Tofiq Mütəllimov
Operator: Rəfael Salamzadə
Səs operatoru: Şamil Kərimov

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ali Təhsil Nazirliyi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]