Hüseyn Hüseynov (səfir) — Vikipediya

Hüseyn Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Doğum yeri
Təhsili

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

Hüseyn Cəlal oğlu Hüseynov (1977, Bakı) — Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.[1]

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Səfir". sofia.mfa.gov.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
  2. "H.C.Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.