Hüseynqulu xan (Bakı xanı) — Vikipediya

Hüseynqulu xan
1792 – 1797
ƏvvəlkiMəhəmmədqulu xan
SonrakıII Mirzə Məhəmməd xan
1801 – 1806
ƏvvəlkiII Mirzə Məhəmməd xan
SonrakıBakı xanlığının Rusiya İmperiyasına birləşdirilməsi
Şəxsi məlumatlar
Doğum tarixi 1774
Doğum yeri Bakı, Bakı xanlığı
Vəfat tarixi
Vəfat yeri Ərdəbil, İran
Dəfn yeri
Həyat yoldaşları Zeynət Bikə,
Fatmasultan Bikə,
Fatma xanım,
Hacət xanım,
Bəyistan xanım,
Xoşəndam xanım,
Zeynişərəf xanım
və Gülistan xanım
Uşaqları

Oğulları: Lütfəli xan,
İsgəndər xan,
Nuh xan,
Salman xan
və Musa xan (Gülüstan xanımdan)

Qızları: Fatma Sultanət Bikə,
Bədr Cahan xanım,
Sahib Sultan Bikə,
Xurşid xanım,
Ümmisələmə xanım,
Səadətbəyim xanım,
Zeyneibəyim xanım,
Şərif xanım,
Haşiəbəyim xanım,
Çimnaz xanım,
Tiləbəyim xanım,
Ruhsarəbəyim xanım
Dini İslam, şiə

Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu1792-1806 - cı illərdə Bakı xanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib[1]

1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə RusiyaQacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir.[2]

Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır. İçərişəhər yaxınlığında rus qarnizonu ilə Hüseynqulu xanın qoşunu arasındakı döyüşdə hər iki tərəfin silah sursatı qurtarır və ruslar Dağıstana xəbər göndərərək Hacı Tərxandan əlavə kömək alırlar.[3]

Sisyanovun öldürülməsi[redaktə | mənbəni redaktə et]

1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tbilisiyə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır.[4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əmin Abid Gültəkinin böyük qardaşı və yolgöstərəni Əliabbas Müznib haqqında dəyərli araşdırmaların müəllifi professor İslam Ağa­yevə bu ailənin soykökü haqqında olduqça maraqlı bilgilər ver­mişdir. O, AMEA Əlyazmalar İnstititu arxivinin 23-cü fondunda olan 9/146-cı qovluqdakı Əliabbaas Müznibin özkeçmişindən bir parçanı kitabına daxil etmişdir.(Ağayev İslam, 2000:5) Əliabbas Müznib Gəncənin müsəlman əhalisinə qəddarlıqla divan tutmuş rus generalı Sisyanovun baş Bakının Qoşa qala qapısı yaxın­lı­ğın­da qılıncla vurulandan sonra baş verən hadisələrdən söz açarkən yazır:“...Hüseyinqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrabasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Həbs, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır... Qətli-am şəhərdə həftələrlə davam etmişdir. Colum-cocuqlar qılıncdan keçirilmişdir. “Yeddi ev bir küvəcə möhtac oldu”- zərbül-məsəli bu tarıcı hadisənin şahidi idi”. (Ağayev İslam, 2000:5)

Əliabbas Müznibin arxivi ilə yaxından tanış olan professor İslam Ağayev yazır: “Bu faciəli hadisələr dövründə Ə.Müznibin bütü nəsli çar qoşunları tərəfinfən şiddətli cəzalara düçar olur. Bütün nəsil qırılır. Təkcə altı aylıq Novruz babası sağ qalır”. (Ağa­yev İslam, 2000:5)[5]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Акты, собранные Кавказской археографической комиссией / Под ред. Ад. Берже. — Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1873. — Т. V. — С. 1119.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.
  2. "Arxivlənmiş surət". 2018-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.
  3. "Arxivlənmiş surət". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.
  4. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.
  5. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]