Həmədan ostanı — Vikipediya

Həmədan ostanı
استان همدان
34°47′54″ şm. e. 48°30′53″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 19.368 km²
Əhalisi
Əhalisi
  • 1.738.234 nəf. (2016)[1]
Həmədan ostanı xəritədə
Həmədan ostanı
Həmədan ostanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Həmədan vilayəti

Həmədan ostanıİranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, TehranQum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir.[2] Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə KirmanşahKürdüstan ostanları ilə həmsərhəddir.

Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır. 2011-ci il əhalinin siyahıya alınmasına əsasən ostanın əhalisi 1.758.268 nəfərdir. Ostanda toplam 2302 yaşayış məntəqəsi mövcuddur .[3]

Əhalinin əsas hissəsi ostanın 6 şəhərində yaşayır: Həmədanda (ostanın paytaxtı), Məlayirdə, Nəhavənddə, Tuysərkanda, Kəbudər Ahəngdə, və Əsədabadda. Bölgə əhalisi əsasən kənd təsərrüfatında və yeyinti sənayesinin müəssisələrində işləyir. Həmədan şəhərində İranın böyük əyalət və şəhərlərinə — Tehrana, Qəzvinə, Kirmanşaha, Məlayirə, Borucerdə, Savəyə gedən yollar kəsişir.

Dini və etnik tərkibi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Həmədan türkləri
2010-cu ildə Həmədan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi[4]
etnik qrup nisbəti
Azərbaycanlılar
  
58.90%
Farslar
  
24.30%
Kürdlər
  
10.30%
Lurlar
  
5.40%
Ərəblər
  
0.30%
Bəluclar
  
0.30%
Digərləri
  
0.30%
Təsniflənməmiş
  
0.20%

Ostan əhalisinin çoxu müsəlmandır. Burada az sayda xristianyəhudilər də yaşayır. Etnik tərkibinə görə Həmədan mahalı da qarışıq bölgələrdən sayılır. Burada azərbaycanlılar (əhalinin 60%[5] və ya 65%[6]-i) ilə yanaşı, həmçinin farslar, lurlar, ləklər və az sayda kürdlər yaşayır.

Şəhərlərdə, özəlliklə Həmədan şəhərində, türklərdən sonra farslar çoxluq təşkil edir. Ancaq bölgələrdə və kənd yerlərində Azərbaycan türkləri çoxluqdadır. Tarixən əsas hakim dil isə azərbaycan dilidir. Lakin hazırda fars dili öz rəsmi statusundan başqa, həm də şəhər və ümumən ostan əhalisinin etnik cəhətdən qarışıq olması və ostanın İranın mərkəzi farsdilli bölgələrinə yaxın olmasına görə əsas dilə çevrilib. Ümumiyyətlə, əyalətin şimal və şimal-qərb hissəsində çoxluğu azərbaycanlılar təşkil edir.

Ostanda 562 azərbaycanlı kəndi vardır.[7]

2010-cu ildə İran Dövlət Mədəniyyət Şurasının sorğusu göstərdi ki, Həmədan ostanının əhalisinin 58,9%-i azərbaycan dili, 24,3%-i fars, 10,3%-i kürd, 5,4%-i lur dillərində danışır və azərbaycan dili Həmədanda əsas danışıq dilidir.

Hazırda Həmədan ostanında yaşayan Azərbaycan türkləri ostanın şimalında yerləşən Kəbudər Ahəng, Bahar, Rəzən, FamininDərgəzin şəhristanlarında, həmçinin Həmədan şəhristanının şərq hissəsindəki Şara bəxşində (inzibati mərkəzi Qəhavənd şəhəri) şəhər və kənd əhalisinin mütləq əksəriyyətini təşkil edirlər. Habelə TuysirkanƏsədabad şəhristanlarının bəzi bölgələrində kənd əhalisinin əksəriyyətini təşkil edirlər.

Həmədan şəhərinin özündə isə azərbaycanlılar şəhərin əhalisində böyük əksəriyyətə malikdirlər, şəhərin əsasən şimal, şimal-qərb, şərq, və cənub hissəsində yaşayırlar.[8] Eynilə Əsədabad şəhərində azərbaycanlılar hazırda kürdlər ilə bir yerdə yaşayırlar və şəhər əhalisinin mühüm əksəriyyətini təşkil edirlər.

Şəhristanlar[redaktə | mənbəni redaktə et]

Həmədan ostanının şəhristanları

Həmədan ostanı inzibati cəhətdən 9 şəhristana ayrılır[9]: Əsədabad şəhristanı, Bahar şəhristanı, Tuysirkan şəhristanı, Rəzən şəhristanı, Kəbudər Ahəng şəhristanı, Məlayir şəhristanı, Nahavənd şəhristanı, Faminin şəhristanıHəmədan şəhristanı.

Şəhərlər[redaktə | mənbəni redaktə et]

Məlayir[redaktə | mənbəni redaktə et]

Həmədan şəhərinin 90 km cənubunda yerləşir. Dağlıq yer olan Məlayirin sabit iqlimi var. Şəhərin qədim tarixi var.

Məlayirin keçmiş adı Dövlətabad olub. Əsasən Qacarlar dövründə tikilmişdir. Tanınmış ticarət mərkəzinə çevrilməsinə Xuzistan yolunun üstündə yerləşməsi səbəb olmuşdur. Şəhərin kənarında qədim mağaralar var, mərkəzində isə qədim qalaların qalıqları öz əzəmətini saxlamaqdadır. Məlayirin gözəl üzüm bağları, parkları və qonaq evləri də vardır.

Nəhavənd[redaktə | mənbəni redaktə et]

Həmədanın 150 km-də yerləşən Nəhavənd şəhəri qədim tarixə malik şəhərlərdən biridir.

Bu şəhər sasaniərəb qoşunlarının daim müharibə apardığı yer olmuşdur, və aparılan arxeoloji qazıntılar burada inkişaf etmiş qədim sivilizasiyanın olmasını təsdiq edir. Sasani dövrünə aid tarixi abidələr və arxeoloji tapıntılar Nəhavəndin yaxınlığında da olan Qaraçoğa kəndində aşkar edilmişdir.

Şəhər sənətkarlarının əl xalçaları məşhurdur. Əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğul olur.

Tuysirkan[redaktə | mənbəni redaktə et]

Üç kəndin — Tuy, SirkanŞəkan kəndlərinin — birləşməsi nəticəsində yaranan Tuysirkan şəhəri, Həmədan şəhərinin 100 km cənubunda yerləşir.

Qədim adı Rudlar olmuşdur. Monqol işğalı zamanı tamamilə dağıdılıb və yerli əhali adları yuxarıda çəkilən kəndlərdə məskunlaşıb və bununla da tam qırılmaqdan xilas olmuşdular.

Tuysirkan şəhərinin mərkəzi qədim tarixi abidələr ilə zəngindir. Baba Kamal, RudlarŞəhristan təpələri, qədim sasani şəhərinin qalıqları, Səfəvilər dövrünə aid Şeyx Əli Xan məktəbi, Qacar dövrünün bazarı.

Kəbudər Ahəng (Göyrəng)[redaktə | mənbəni redaktə et]

Kəbudər Ahəng şəhəri Həmədanın 50 km şimalında yerləşir. Əsas kənd təsərrüfatı zonasıdır və bu ərazinin inkişaf etdirilməsinə bir neçə il bundan əvvəl başlanmışdır.

Əsədabad[redaktə | mənbəni redaktə et]

Dağlıq şəhər olan Əsədabad, 19-cu əsrdə islam həmrəylik hərəkatının rəhbərlərindən biri olan Seyid Cəmaləddin Əsədabadi Əl-Əfqaninin vətəni sayılır. Əsədabad İranın telekommunikasiya sənayesinin yerləşdiyi sahələrindən biridir.

Həmədanın tarixi[redaktə | mənbəni redaktə et]

Həmədan tək Azərbaycanın yox, həm də bütün dünyanın qədim şəhərlərindən biridir. Yaranma tarixi xristianlığın yaranmasından əvvəlki dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay imarəti olmuşdur, qədim tarixi qaynaqlarda adı Ekbatan və ya Heqmatani kimi qeyd edilmişdir. Həmədan şərq sivilizasiyasının mərkəzlərindən biri sayılır. Tarixi məlumatlara görə bu şəhərdə "Həft Hisar" (yəni "Yeddi Divar") adlı 1000 otaqlı qala olmuşdur, və öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmamışdır.

İranın ətrafında bütün xalqlar qədim dövrdən ta orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırdılar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə assuriyalılar Həmədanı dağıdıblar. MonqollarınƏmir Teymurun qoşunlarının işğalı zamanı şəhər yenə yerlə yeksan edilmişdir.

Həmədan həm də məşhur yazıçı, müəllimlər, şairlər vətənidir. Bu şəhərdə Eynəlqüzzət Həmədani, Xacə Rəşidəddin Fəzlullah, Adham Həmədani, Baba Tahir ÜryanMirzadə Eşqi yaşayıb yaratmışlar. İbn SinanınBaba Tahir Üryanın məzarları bu şəhərdədir. Həmədan şəhəri islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlamışdır.

Həmədan bu gün[redaktə | mənbəni redaktə et]

Həmədan şəhəri Tehrandan 336 km aralıda Əlvənd dağının ətəyində yerləşir. Ulduzvari İmam Xomeyni adına meydan şəhərin düz mərkəzində yerləşir, və meydandan şaxələnən yollar şəhərin bütün qütblərinə aparır. Bu meydanda qədim tarixi abidələr də az deyil. Şəhərin mərkəzində olan tarixi memarlıq abidələri qorunub saxlanır. İndiki dövrdə şəhərin yenidən qurulması və genişləndirilməsi şəhərin tarixi simasını dəyişdirməmişdir.

Həmədanın görməli yerləri — Həmədan şəhəri sərin və sabit iqlimə malikdir. Bütün səyahətçilərin yadında qalan yerlərdən Əlvənd dağının zirvəsinin, Abbasabad təbiət vadilərinin mənzərələri olmuşdur. Aparılan arxeoloji qazıntılar zamanı Midiya və Əhəmənilər dövrünə aid nadir tapıntılar aşkarlanmışdır. Qədim lövhələr, qızıl və gümüş əşyalar Həmədanın tarixi muzeyində özünəməxsus yer tutmuşlar.

Həmədanda səyahət eləməli tarixi yerlər hələ də çoxdur. Onların bir neçəsi bunlardır:

Daş Şir (Şir daşı) — Daşdaş düzəlmiş və şirə oxşayan bu tarixi abidə Parfiya dövrünə aiddir.

İbn Sinanın memarlıq abidəsi — Məşhur alim İbn Sinanın məzarı və onun üstündə olan türbə 1954-cü ildə tikilmişdir. Bu türbə qədim Qabus Voşmiq şəhərinin qülləsi ruhunda bəzədilmişdir. Burada əlyazmalar kitabxanası yerləşir. Kompleksin həyətində Qacarlar dövrünün tanınmış şairi və bəstəkarı Əbülqasim Arifin məzarı yerləşir.

Baba Tahir məqbərəsi — Həmədanın gözəl parklarından birində yerləşən romantik şerlər müəllifi Baba Tahirin məqəbərəsi həmədanlıların ən çox ziyarət etdikləri yerlərdən biridir.

Müqəddəs yerlər — Həmədan xalqı həmişə müqəddəs yerlərə, pirlərə dərin hörmət və ehtiram bəsləmişdir. Həmədanda tanınmış İmamzadə İsmayılın, İmamzadə Abdullanın adı ilə bağlı müqəddəs yerlər, movzaleylər, cami məscidləri və xanəgahlar vardır.

Epiqrafik abidələri — Həmədanda səyahət edən turistlərin əksəriyyəti Epiqrafik yazıları olan abidləri görmək istəyirlər. Bu yazılara Əlvənd dağında olan qalanın divarlarında təsadüf olunur və epiqrafik yazıları Əhəməni dövlətinin hökmdarı Daranın dövrünə aiddir. İndi bu abidələri görmək üçün Abbasabadın gözəl tarixinə təşrif göstərmək lazımdır.

Ələvilər məqbərəsi — Bu Həmədanda olan mühüm əhəmiyyətli islam abidəsidir. Məqbərə Həmədanın mərkəzi meydanında, Səlcuqlar dövründə tikilmişdir. Bu məqbərədə Ələvilər ailəsinin 2 üzvünün məzarı var.

Qurban qülləsi — Şəhərin şərq hissəsində yerləşən bu abidənin kərpicdən tikilmiş 12 guşəli məqbərə və formaca piramidaya oxşayır.

Ester və Mordexay məqbərəsi — Daşdan tikilmiş bu kompleksin içində taxta qutularda antik dövrdən qalmış Tövratın əlyazmaları vardır. Adları Tövratın bu əlyazmalarında çəkilən iki yəhudinin: Xaşayar şahın həyat yoldaşı və onun dayısının məzarları da bu kompleksdə yerləşir.

Mağaralar — Həmədanın dağlarında saysız-hesabsız mağaralar var. Alisods mağarasını xüsusilə qeyd etmək lazımdır. Yerli əhali onu Əlisədr və Əlisad adlandırırlar. Bu mağaranın içində uzunluğu 10 km-ə yaxın olan göl də var. Mağaranın divarları və tavanı heyranedici stalaktitlərlə örtülmüşdür. Mağaranın içində və göldə heç bir canlı yaşamır, bunun da əsas səbəbi təbii gün işığının olmamasıdır. Mağaranı seyr etmək üçün turistlərə qayıqlar və katerlər təklif olunur. Mağaranın orta hündürlüyü 8 metrdir. Lakin bəzi yerlərdə hündürlük 40 metrə qədər çatır.

Heyvanlar aləmi — Həmədan əyalətinin mühafizə edilən iki qoruğu var. Biri qərbdə Əsədabadda, o birisi şərqdə Məlayerdə — Laşkarda. Əsədabad qoruğu öz quşları ilə məşhurdur: ördəklər, qazlar, şahinlər və s. Vəhşi heyvanlardan bəbir, boz ayı, sıldırım qayalarda turlar və antiloplar yaşayırlar.

Əyalətdə səyahət və turizm — Turizm və səyahət üçün Həmədan bütün infrostrukturaya malikdir. Geniş yollar, nəqliyyatın bütün növlərinin dəqiq işləməsi, telekommunikasiyanın inkişafı bu vilayəti səyahət etməyi asanlaşdırır. Həmədanın aeroportu yerli və beynəlxalq reysləri həyata keçirir.

Həmədan suvenirləri — Həmədan gözəl əl xalçaları, keramik qab-qacağı və dəri məmulatları ilə məşhurdur. Həmədan xalçaçılıq mərkəzidir. İran xalçaçılıq kampaniyasının mərkəzi ofisi burada yerləşir. Həmədan xalçaları öz gözəl naxışları ilə bütün dünyada şöhrət qazanıb. Laleyin kəndi — Həmədan incəsənət keramikasının mərkəzidir. Burada çoxlu keramika emalatxanaları var, burada yüzlərlə rəssam və usta gözəl incəsənət əsərləri yaradırlar.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Encyclopædia Iranica :HAMADĀN ii. POPULATION-article author: Habibollah Zanjani. Originally Published: December 15, 2003.
  • Encyclopædia Iranica :HAMADĀN

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.). 1965.
  2. "World Gazetteer". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-18.
  3. "Arxivlənmiş surət". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
  4. شماره کتابشناسی ملی:۲۸۹۰۶۶۶/طرح بررسی و سنجش شاخص‌های فرهنگ عمومی کشور (شاخص‌های غیرثبتی){گزارش}:همدان/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۶-۶۵-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۶ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)
  5. Azad Tribun Arxivləşdirilib 2008-10-15 at the Wayback Machine :…. Hemedan eyaletinin 65 faizini azerbaycanlılar teşkil edir. Onlar dil, medeniyyet ve s. meselelerle Azerbaycanın terkib hissesine aiddirler. Ancaq teessüfler olsun ki, son 80 ilde aparılan siyaset neticesinde Hemedan Azerbaycanın erazisi ve coğrafiyasından çıxarılaraq, fars ve lor dili, kültürü dairesine salınıb. Bununla bizim, Azerbaycan türklerinin milli kimliyini mehv etmek isteyirler.
  6. Summary of Azerbaijan History (Reshid Güneyli) Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine:…. Hamadan Province: the central city of this province is Hamadan city, and the cities and villages of this province are included in the following table. Hamadan is one of the most ancient cities of Atropatene Media (Azerbaijan) and 75% of its population are Azerbaijani Turks.
  7. "Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan". 2012-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-05.
  8. "Arxivlənmiş surət". 2019-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  9. "Arxivlənmiş surət". 2014-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.