Həqiri Təbrizi — Vikipediya

Həqiri Təbrizi
Doğum tarixi XV əsr
Doğum yeri
Fəaliyyəti şair

Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir.[1]

"Leyli və Məcnun" əsəri[redaktə | mənbəni redaktə et]

Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir.

İbtida qıldım beruzi-adinə

Söylədim həqq ismini bünyadinə

Adinə günü idi, şəhri rəcəb

Uşbu nəzmi eylədi könlüm tələb

Tarix ol dəm "za" idi, "lam"ü, "əlif",

Saəti-səd idi, əyyami şərif.

Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb. Sonda müəllif məsnəvinin həcmini də dəqiq verərək əsərin 2150 beytdən ibarət olduğunu və "Leyli və Məcnun" adlandırdığını qeyd edir.[2]

N.Gəncəvinin "Leyli və Məcnun"əsəri ilə oxşar və fərqli cəhətləri[redaktə | mənbəni redaktə et]

Həqiri də Nizami kimi “Leyli və Məcnun”u məsnəvi formasında qələmə almışdır. Nizami “Leyli və Məcnun”u məsnəvi formasında yazaraq ona digər nəzm şəkilləri əlavəetməmişdir. Ancaq Həqiri məsnəvidə qəzəllərdən, mürəbbelərdən istifadə etmiş və bununlaAzərbaycan ədəbiyyatında ilkə imza atmışdır. Digər anadilli “Leylivə Məcnun”larla müqayisə etsək görərik ki, Həqirinin “Leyli və Məcnun”u xalq ədəbiyyatına,folklara daha sıx şəkildə bağlıdır. Həqiri Nizamidən fərqli olaraq əsərində ənənəvi başlıqdan istifadə etməmişdir. Poema Allahın tərifi ilə başlansa da nət, minacat, sözün tərifi kimihissələrə çox az yer vermişdir. Bu hissədən sonra Həqiri də elə Nizami kimi əsərinə əsas motivlərdən biri olan uzun illərdirövlad həsrətiylə alışıb-yanan atanın təsviri, onun nəzir-niyaz paylaması və Uca Yaradanın onu övlad payı ilə müjdələməsi motivi ilə başlamışdır. Bu motiv isə hər iki şairin yaradıcılığının xalq ədəbiyyatıilə sıx bağlılığını göstərir. Poemanın bu hissəsində fərqli məqam ondan ibarətdir ki, Nizamidə Məcnunun atası ancaqoğul övladı diləyir, Həqiridə isə həm oğul, həm qız övladının arzusunda olur. Leylininatasına Bülhəsən, Məcnunun atasına isə Əznəsim adı verir ki, buna da nə Nizami, nə də şairəqədərki digər “Leyli və Məcnun”larda rast gəlinmir. Həqiri əsərin sujet xəttini təşkil edən hadisələr ardıcıllığını dəyişmişdir. “Belə ki, Nizamidə hadisələr Məcnunun atasının Leyliyə elçiliyə getməsi, Məcnunun Kəbə ziyarəti, Leyli qəbiləsininMəcnuna qəsd təşkil etməsi ardıcıllığı ilə verilirsə, Həqiri bunu əksinə sadaladığımız sonuncu başlıqdan əvvələ doğru verir. Həqiri məzmunca Nizami poemasından bəhrələnməklə yanaşı buradakı bəzi əhvalat vəhadisələri həm də ixtisar etmişdir. Məsələn, Həqirinin “Leyli və Məcnun”unda Məcnunun qarğa iləmülağatı, Qarının Məcnunu zəncirdə Leyli diyarına aparması, Məcnunun kəvakibə müraciəti səhnələrinə rast gəlinmir. Bundan başqa şair Məcnunun anası, dayısı Səlim Amiri, onun dalınca gələnBağdadlı şair Səlam, Zeynəb və. s obrazlar və onlarla bağlı epizodları da ixtisar etmişdir. Həqiriəsərinin sonluğunu tamamlayan hadisələrin təsvirində istifadə etdiyi motiv və epizodlara görə də Nizamidən xeyli fərqlənir. Nizamidə Leyli əri İbu Səlam öldükdən sonra Məcnunu öz evinə görüşədəvət edir. Həqiridə isə ərindən talağ alan Leyli Məcnunu altı ay gözlətməklə, onu sınaqdankeçirdikdən sonra onu bir dəvəyə mindirib özüylə şəhərə aparır. Aşiqini vəslə, sevgidən kam almağaçağırır.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • AHMET Koçak,(2006) “Hakıri Tebrizlinin “Leyla vü Mecnun”u”, İstanbul
  • ARASLI, Nüşabə(1980) “Nizami və türk ədəbiyyatı”, Bakı, “Elm” nəşriyyatı
  • KARTAL, Ahmet, (2001) “Türkce mesnevilerin tertip özellikleri”, Bilig XIX, sayı 69, özet

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
  2. Atəmi Mirzəyev. XIII-XVI əsrlə anadilli Azərbaycan epik şeiri. Bakı: Avropa. 2017. səh. 190.
  3. İlahə Hacıyeva. HƏQIRI TƏBRIZININ "LEYLI VƏ MƏCNUN" MƏSNƏVISINDƏ NIZAMININ "LEYLI VƏ MƏCNUN"U ILƏ OXŞAR VƏ FƏRQLI MOTIVLƏR. Ankara: Turkish Studies İnternational Journal. 2015. səh. 493-512.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Mahmudova, S.M., Həqiri Təbrizi və onun "Leyli və Məcnun" əsəri, Bakı: BDU Nəşriyyatı, 1998
  • Sevinc Qocayeva, Həqiri Təbrizi yaradıcılığında Quran rəvayətləri ilə bağlı mənalar // BDU ilahiyyat fakültəsinin Elmi məcmuəsi, Bakı, № 11, s. 359-376.