Hacı Məhəmməd Çələbi Əlici Qülhani — Vikipediya

Məhəmməd Çələbi Əlici
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Vəfat tarixi
Fəaliyyəti şair

Hacı Məhəmməd Çələbi Əlici QülhaniAzərbaycan şairi, alimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular.

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]