Hacı Sultanəli məscidi — Vikipediya

Hacı Sultanəli məscidi
Xəritə
40°22′43″ şm. e. 49°49′46″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir S.Əsgərova küçəsi, 75
Sifarişçi Hacı Sultanəli
Tikilmə tarixi 1904-1910
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.174
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Sultanəli məscidi və ya Axundov məscidiBakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid.

Haqqında[redaktə | mənbəni redaktə et]

Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur.[1] Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir.[2]

Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.[3]

Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəziminarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir. Məscid Avropa, Şərq və yerli memarlığın bütün xüsusiyyətlərini özündə birləşdirir.[4]

2000-ci ilin aprel ayında məsciddə yenidənqurma və bərpa işləri başladı. 2001-ci ilin oktyabr ayında bərpa işləri tamamlandı və məscid istifadəyə verildi.

Sərgi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Фатуллаев-Фигаров, Шамиль Сейфулла оглы. Архитектурная энциклопедия Баку. — Baku : Международная Академия Архитектуры Стран Востока, 1998. — P. 331—333.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 52. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. "Hacı Sultanəli" məscidi Arxivləşdirilib 2020-01-07 at the Wayback Machine Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)
  4. "Старые мечети Баку (список)". 2018-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.