Haram — Vikipediya

Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah.

Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır.

İslamda haram[redaktə | mənbəni redaktə et]

Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur.

Xristianlıqda haram[redaktə | mənbəni redaktə et]

Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir. Bununla əlaqədar olaraq, Hz. İsanın həyatı ilə Pavelin təfsiri arasında əsaslı dəyişikliklər var. Hz. İsa, şəriəti ləğv etmək üçün deyil, tamamlamaq üçün gəldiyini, şəriətdən ən kiçik hərfin və ya nöqtənin belə yox olmayacağını bildirmiş, şəriət hökmlərinə uyğun yaşamışdır. Sinaqoqlara və kilsələrə getmiş, həcc bayramlarında iştirak etmiş vergi ödəmiş və sağaltdığı cüzamlını kahinə göndərmişdir. O, dini qadağaların əsl hədəfini göstərmiş və bu çərçivədə öldürmə, zina kimi haramların önəmini vurğulamışdır. Digər tərəfdən, şənbə qadağaları, təmiz və halal yeməklər, ravilərə itaət və boşanma kimi məsələlərdə dəyişikliklər etmişdir.[1]

Yəhudilikdə haram[redaktə | mənbəni redaktə et]

Yəhudi ədəbiyyatında geniş istifadə olunan haram anlayışı Tövratdakı 613 əmrlə əlaqələndirilir. Rabin ənənəsinə görə, Sinada Hz. Musaya nazil olan 613 əmrdən 365-i haram anlayışına daxil olan qadağaları, 248-i isə halaldır. Əhdi-Ətiqdə haram (ayrmaq) felindən törəmə herem sözü olsa da, bu fel əsasən Yehovaya həsr olunmuş hər cür şeyi ifadə etmək üçün istifadə olunurdu Bununla belə, ravvin ənənəsində herem sözü bəzi dini qadağaları əhatə edəcək şəkildə genişləndirilmişdir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. M. Greenberg, “Herem”, a.e., VIII, 344-350.
  2. L. E. Toombs, “Clean and Unclean”, IDB, I, 641-648.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]