Hewlett Packard Enterprise — Vikipediya

Hewlett Packard Enterprise
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye informasiya texnologiyaları
Məhsulları superkompyuter, şəbəkə avadanlıqları, bulud hesablama
Təsis tarixi 1 noyabr 2015
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 31.518.000.000 $[1]
Ümumi aktivlər
  • 55.493.000.000 $ (31 oktyabr 2018)[2]
Ümumi gəliri
  • 28.496.000.000 $ (2022)[3]
Xalis mənfəəti
  • 868.000.000 $ (2022)[3]
Əməliyyat mənfəəti
  • 782.000.000 $ (2022)[3]
Struktur
İşçi sayı
  • 60.000 nəf. (31 oktyabr 2018)[2]
hpe.com
hpe.com/us/en/home.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hewlett Packard Enterprise Company (HPE) — ABŞ çoxmillətli informasiya texnologiyaları şirkəti. Mərkəzi Texas ştatının Sprinq şəhərində yerləşir.

HPE 1 noyabr 2015-ci ildə Kaliforniya ştatının Palo-Alto şəhərində "Hewlett-Packard" şirkətinin bölünməsinin bir hissəsi kimi təsis edilmişdir.[4] Bu, serverlər, məlumat saxlama, şəbəkələşmə, konteynerləşdirmə proqramı, konsaltinq və dəstək sahələrində işləyən biznesə fokuslanan bir təşkilatdır.

Bölünmə elə strukturlaşdırılmışdı ki, keçmiş "Hewlett-Packard" şirkəti öz adını "HP Inc." olaraq dəyişmi və "Hewlett Packard Enterprise" yeni yaradılmış şirkət kimi qeydiyyata alınmışdır. "HP Inc." köhnə HP-nin fərdi kompüter və çap biznesini, eləcə də səhm qiymətləri tarixini və "Hewlett-Packard" üçün orijinal NYSE tiker simvolunu saxlamışdır. Müəssisə öz tiker simvolu altında ticarət edir: HPE. Bölünmə zamanı HPE-nin gəliri "HP Inc."in gəlirindən bir qədər az idi.[5]

2017-ci ildə HPE Müəssisə Xidmətləri biznesini dayandırmış və "DXC Technology"ə çevrilməsi üçün onu "Computer Sciences Corporation" ilə birləşdirmişdir. Həmçinin, 2017-ci ildə proqram biznes seqmentindən ayrılmış və onu "Micro Focus" ilə birləşdirmişdir[6]

HPE 2018-ci il "Fortune 500" siyahısında ümumi gəlirə görə ABŞ-nin ən böyük korporasiyaları siyahısında 107-ci yerdə qərarlaşmışdı.[7]

Adlandırma[redaktə | mənbəni redaktə et]

Kaliforniyanın San-Xose şəhərində yerləşən HPE kampusu.

Şirkətin tam adı "Hewlett Packard Enterprise Company"dir. Burada keçmiş "Hewlett-Packard Company" adının "Hewlett" və "Packard" arasında əvvəllər mövcud olan tire işarəsini buraxılır. Şirkət adətən "Hewlett Packard Enterprise" və ya onun baş hərfləri ilə "HPE" adlandırılır.

Şirkət bəzi media orqanları[8] tərəfindən "HP Enterprise" kimi də adlandırılmış və hətta səhv olaraq "HP Enterprises" kimi istinad edilmişdir.[9]

Məhsulları[redaktə | mənbəni redaktə et]

Karbon ayaq izi[redaktə | mənbəni redaktə et]

HPE 30 Sentyabr 2020-ci il tarixinədək başa çatan on iki ay ərzində birbaşa və dolayı ümumi CO2e emissiyalarının 343 Kt (illik -48 /-12,4%) səviyyəsində olduğunu bildirmişdir.[10] Şirkət 2016-cı ilin baza ilindən 2025-ci ilə qədər emissiyaları 55% azaltmağı öhdəsinə götürmüşdür. Bu elmə əsaslanan hədəf qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 1,5 °C yuxarı məhdudlaşdırmaq məqsədini daşıyan Paris sazişinə uyğundur.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.sec.gov/Archives/edgar/data/1645590/000162828016022051/hpe-10312016x10k.htm.
  2. 1 2 https://investors.hpe.com/financial/proxy-2019/interactive/10k/images/HPE-10K2018.pdf.
  3. 1 2 3 10-K forması. 2022.
  4. "Office Locations HPE WW Office Locations". HPE (ingilis). December 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2019.
  5. "Hewlett Packard Enterprise Revenue 2013-2019 | HPE". Macrotrends. July 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 7, 2020.
  6. "Micro Focus Completes Merger with HPE Software Business, Creating One of World's Largest Pure-play Software Companies". Micro Focus. January 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2022.
  7. "Fortune 500 Companies 2018: Who Made the List". Fortune (ingilis). November 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2018.
  8. Dignan, Larry. "HP Inc., HPE launch: Questions abound for both". ZDNet. November 2, 2015. January 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2017.
  9. "HP to Cut Up to 30,000 Jobs". Al Jazeera America. September 15, 2015. March 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2017.
  10. "2020 Living Progress Data Summary i" (PDF). Hewlett Packard Enterprise. 2024-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-13.
  11. "Science Based Targets". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • hpe.com — Hewlett Packard Enterprisenin rəsmi saytı