Heyratı — Vikipediya

Bu məqalə Heyratı muğamı haqqındadır. Digər mənalar üçün Heyratı (dəqiqləşdirmə) səhifəsinə baxın.
Heyratı muğamının notları (Əfrasiyab Bədəlbəylinin işlənməsində)

HeyratıAzərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi.

Mənası[redaktə | mənbəni redaktə et]

"Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhərƏfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub.[1] Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir.[2]

Özəllikləri[redaktə | mənbəni redaktə et]

Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır [3][4]. Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir. Heyratı nikbin, mərd, qəhrəmani əhval yaradandır. Bütün ifa variantlarında qəzəllə oxunur. Ən mahir ifaçısı Xan Şuşinski hesab olunur. Xanəndə Heyratı oxuyan zaman çox miqdarda nəqarətvari sözlərdən istifadə etmişdir. [mənbə göstərin]

Bu muğam üzərində rəqs də mövcud olub, ancaq unudulub. Xalq musiqisini dərindən bilən Cabbar Qaryağdıoğlu Heyratı rəqsini bilirdi.[5]

Heyratı muğam XX əsrin əvvəllərində Türkiyəli musiqişünas Rauf Yektabəyin təşəbbüsü və Məşədi Cəmil Əmirovun köməyi ilə ilk dəfə nota salınıb.[6]

Heyratı bəstəkar musiqisində[redaktə | mənbəni redaktə et]

Üzeyir Hacıbəyov heyratı muğamını "Leyli və Məcnun" operasına da daxil etmişdir [3].

Bəstəkar Əfrasiyab Bədəlbəyli isə simfonik zərbi-muğam Heyratını bəstələmişdir.[7]

Qaynaq[redaktə | mənbəni redaktə et]

  1. "Fərahim Sadıqov. Rast muğamı". 2014-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Kabili Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine
  3. 1 2 "Muğam Ensiklopediyası - Heyratı". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  4. "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti - Heyratı". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  5. Mustafa Səmənli. İlk Azərbaycan rəqs ansamblı.[ölü keçid] “Qobustan”.-2009.-№3.-S.39-46.
  6. Rafael Musayev. Muğamların not yazılarına dair Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
  7. Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəylinin arxiv fondu Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine

Video[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]