Hipodinamiya — Vikipediya

Hipodinamiya — hərəki aktivliyin məhdudlaşdırılması zamanı əzələ yığılmasının gücünün azalması ilə orqanizmin funksiyalarının pozulması. Əməyin mexanikləşməsi, avtomatlaşması, kommunikasiya vasitələrinin rolunun yüksəlməsi və urbanizasiya ilə əlaqədar olaraq cəmiyyətdə hipodinamiyanın xüsusi çəkisi artır.

Hipodinamiyanın yaratdığı fəsadlar[redaktə | mənbəni redaktə et]

İnsan çox vaxtını oturaq və yataq vəziyyətdə keçirir. ETT-nın artması ilə bağlı fiziki yükə ehtiyac olmadığına görə əzələ işləmədiyindən zəifləyir və tədricən atrofiyaya uğrayır. Güc və dözümlülük azalır, sinir-reflektor əlaqələr pozulur, bu da sinir sisteminin fəaliyyətində pozğunluğa gətirib çıxarır (vegetativ damar distoniyası, depressiya, miofasial sindrom inkişaf edir), maddələr mübadiləsi pozulur. Zamanla hipodinamiya nəticəsində dayaq-hərəkət aparatı tərəfindən dəyişikliklər artır: sümük kütləsi proqresiv olaraq azalır (osteoparoz inkişaf edir), periferik oynaqların (osteoartroz) və onurğanın(osteoxondroz) funksiyası əziyyət çəkir. Uzunmüddətli hipodinamiya ürək-damar xəstəliyinə (ürəyin işemik xəstəliyi, arterial hipertoniya), tənəffüsün (ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi) və həzmetmənin pozulmasına gətirib çıxarır.[1]

Hipodinamiya nəticəsində zəncirvari endokrin pozğunluqlar metabolik sindrom (piylənmə, insulinrezistentlik və ateroskleroz riskin artması) şəklində özünü göstərir. Son nəticədə bütün bu dəyişikliklər ömrün qısalmasına gətirib çıxarır. Hipodinamiya ilə şərtlənən xəstəlikləri erkən mərhələdə aşkar etmək üçün laborator və instrumental müayinələrdən keçmək lazımdır. Hipodinamiyanın baş beynin işləməsinə mənfi təsirini qeyd etmək vacibdir. Nəticədə aşağıdakı simptomlar özünü büruzə verir: ümumi zəiflik, əmək qabiliyyətinin azalması, yuxusuzluq, əqli fəallığın zəifləməsi, həddən artıq yorğunluq və s. Hipodinamiya zamanı ağ ciyərlərin tutumu və ventilyasiyası azalır.

Hipodinamiyanın profilaktikası[redaktə | mənbəni redaktə et]

Əsas profilaktika hərəkət, fiziki yüklənmə və sağlam həyat tərzidir. Düzgün qidalanma və zərərli asılılıqlardan (siqaret çəkmə, alkoqol qəbulu) imtina etmək ağıllı hərəkət rejimi ilə uyğunlaşmalıdır. Gündəlik 30 dəqiqə fiziki yüklənmə və piyada gəzmək (2 km-dən az olmayaraq) məsləhət görülür. Ən yaxşı idman növü kimi adi qaçışdan istifadə edə bilərsiniz.

Reabilitasiya[redaktə | mənbəni redaktə et]

Kəskin və xroniki xəstəliklərin yaratdığı hipodinamiyanı aradan qaldırmaq üçün tibbi yardıma müraciət etmək lazımdır. Ortopedik və sinir xəstəlikləri klinikalarında hipodinamiya dövründən sonra orqanizmin kompleks bərpası nevroloq, ortoped, dietoloq, masajist və müalicəvi idman instruktoru vasitəsilə həyata keçirilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ağayeva E. N. "Oturaq həyat tərzi — sivilizasiyanın xəstəliyidir" probleminə ontogenetik yanaşma
  • Ağayeva E. N. Ətraf mühitin ekstremal faktoru olan hipokineziyanın inkişaf edən orqanizmin sağlamlıq göstəricilərinə təsirinin eksperimental tədqiqi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Коваленко Е.А., Гуровский Н.Н Гипокинезия.Москва,1980.стр.320