Hulusi Akar — Vikipediya

Hulusi Akar
türk. Hulusi Akar
Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri
10 iyul 2018 – 3 iyun 2023
ƏvvəlkiNurəddin Canikli
SonrakıYaşar Gülər
18 avqust 2015 – 9 iyul 2018
PrezidentRəcəb Tayyip Ərdoğan
Baş nazirƏhməd Davudoğlu
ƏvvəlkiNecdət Özəl
SonrakıYaşar Gülər
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1952(1952-03-12) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti əsgər, siyasətçi
Hərbi xidmət
Qoşun növü Türkiyə Quru Qoşunları
Döyüşlər
Rütbəsi Dörd ulduzlu general

Təltifləri "Ləyaqət legionu" ordeni "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
İmzanın şəkli
tccb.gov.tr/kabine/milli…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hulusi Akar (12 mart 1952, Kayseri) — Türkiyənin sabiq milli müdafiə naziri (2018-2023).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ordu generalı Hulusi Akar, 1972-ci ildə Türkiyə Quru Qoşunları Məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada Məktəbini bitirmişdir. 1973–1980-ci illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb Məktəbində Komanda Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışmışdır. 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasından, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasından, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecindən məzun oldu.

Ali Baş Qərargahda daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra etmişdir. Bundan başqa Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990–1993-cü illərdə İtalyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında Kəşfiyyat zabiti vəzifələrini icra etmişdir. 1993–1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının Xüsusi Qələm və Mətbuat, İctiamiyyətlə Əlaqələr Şöbəsi müdiri, 1994–1997-ci illərdə Ali Baş Qərargahın Xüsusi Qələm müdiri vəzifələrini yerinə yetirmiş, 1997–1998-ci illərdə isə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında işləmişdir.

1998-ci ildə Briqada generalı rütbəsi ilə təltif edilmiş və bu rütbə ilə 1998–2000-ci illərdə Tuncəlidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000–2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində işləmişdir. 2002-ci ildə general-mayor rütbəsi ilə təltif edilmişdir.

General-mayor rütbəsi ilə 2002–2005-ci illərdə Quru Qoşunları Komandanlığı, 2005–2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyası Komandanlığı vəzifələrini icra etmiş və 2007-ci ildə xidmətlərinə görə general-leytenant rütbəsi ilə təltif edilmişdir.

General-leytenant rütbəsi ilə 2007–2009-cu illərdə Quru Qoşunları Maddi-Texniki Təchizat Komandanlığı, 2009–2011-ci illərdə III Kolordu Komandanlığı vəzifələrini icra etmişdir. 2011-ci ildə Ordu generalı rütbəsinə yüksəlmişdir.

2011–2013-cü illərdə Baş Qərargahın rəis müavini vəzifəsini icra etmişdir. 2013-cü il 3 avqust tarixində Quru Qoşunları Komandanlığı vəzifəsinə təyin edilmişdir.

2015-ci il 18 avqust tarixində Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə təyin edildi.

9 iyul 2018-ci ildə Türkiyənin Müdafiə naziri təyin olunub.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 https://www.akparti.org.tr/ak-kadro/hukumetler/hukumet/hulusi-akar/.