II Argişti — Vikipediya

II ArgiştiUrartu hökmdarı (e.ə. 714-685-ci illər). I Rusanın oğlu.

II Argiştinin hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Assuriya ilə munaqişələr Urartunun siyasi dairəsini xeyli məhdudlaşdırırdı. II Argişti (e.ə. 714-685-ci illər) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi.

II Argişti ölkədə tikinti işlərinə diqqət yetirirdi. O, yəqin ki, ölkədə oxatma yarışları təşkil edirdi. Özü də mahir oxatan imiş. Bu haqda müvafiq abidə məlumat verir.

"Argişti, Rusanın oğlu, bu yerdən... 950 dirsək (təxminən 476m) məsafəyə ox atmışdı".

İstinadlar[redaktə | mənbəni redaktə et]