Kalinin rayonu (Ufa) — Vikipediya

Rayon
Kalinin rayonu
rus. Кали́нинский райо́н
başq. Калинин районы
Rayonun xəritəsi
Gerb
Gerb

54°45′ şm. e. 56°01′ ş. u.


Ölkə Rusiya
Başqırdıstan Respublikası
Daxildir Ufa şəhər dairəsi
Mer Sergey Petroviç Kojevnikov
Tarixi və coğrafiyası
Yaradılıb XVI əsrin axırları , 1952-ci il
Sahəsi
  • 201,43 km²
Saat qurşağı UTC +6
yayda UTC +7
Əhalisi
Əhalisi 203,873 nəfər (2017)
Etnik tərkib Ruslar, başqırdlar
Dini tərkib Xristiyanlar, müsəlmanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 347
Kalinin rayonu xəritədə

Kalinin rayonu (rus. Кали́нинский райо́нbaşq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Rayonun ərazisi 201 kvadrat kilometrdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus. Сталинский район) adı altında köçürülmüşdür. 1944-ci il dekabr ayının 15-də, RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Stalin rayonu Ufa şəhərindən ayrılmışdır. 1952-ci ildə, şəhər Kalinin rayonu adı altında, Ufa şəhərinin rayonu halına gəlmişdir.

Əhali[redaktə | mənbəni redaktə et]

Əhalinin sayı
1959[1] 1970[2] 1979[3] 1989[4] 2002[5] 2003[6] 2004[6]
119,941 207,020 219,765 211,886 197,233 196,910 195,674
2005[6] 2006[6] 2007[6] 2008[6] 2009[7] 2010[8] 2013[9]
195,722 195,502 195,316 195,061 195,014 197,451 199,910
2014[10] 2015[11] 2016[12] 2017[13]
199,883 201,281 202,993 203,873

İqtisadiyyat və sənaye[redaktə | mənbəni redaktə et]

Rayonda 27 böyük və orta həcmli sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda, Rusiyanın ən böyük müəssisələrindən biri olan "Ufa Motorlu Tikinti İstehsalat Birliyi" (UMTİB) ASC, təyyarəavtomobil mühərrikləri istehsal edir. UMTİB müəssisəsinin yaxınlığında Ufa şəhər dairəsinin demək olar ki, yarısına istilik təmin edən Ufimskaya CHPP-2 mövcuddur. Rayonda həmçinin, "Başqırdenerqo" ASC, "2 nömrəli Ufa Dəmir-beton Zavodu" ASC, "Steklonit" ASC, "Ufa Ət-qablaşdırma Zavodu" ASC, Vimm-Bill-Denn ASC-nin filialı, "Ufa Çörəyi" ASC və s. müəssisələr fəaliyyət göstərir.

Təhsil[redaktə | mənbəni redaktə et]

Rayonda 71 bələdiyyə təhsil müəssisəsi var, onlardan 36-ı məktəbəqədər təhsil müəssisəsi, 26-ı ümumi təhsil müəssisəsi, 9-u isə əlavə təhsil müəssisəsidir. Bütün növ təhsil müəssisələrində 26,697 uşaq təhsil alır, 2030 müəllim isə işləyir.

Səhiyyə xidməti[redaktə | mənbəni redaktə et]

Kalininki rayonunda 12 müalicə və profilaktika müəssisəsi fəaliyyət göstərir.

Kalinin rayonunda dializ mərkəzi, poliklinika, cərrahiyyə kompleksi və 13 saylı şəhər klinika xəstəxanasının yanında yerləşən bələdiyyələr arası onkologiya mərkəzi uğurla fəaliyyət göstərir. Yenidənqurma işlərindən sonra 2014-ci ilin sentyabr ayında Voloqdada 4 saylı uşaq poliklinikasının filialı açılmışdır. Filial artıq 7,000-dən çox uşağa xidmət edir.

İdman[redaktə | mənbəni redaktə et]

Rayonda uşaqlar və gənclər üçün 6 idman məktəbi, N. Qastello stadionu, Yulayevetsin qapalı buz meydançası, süni çəmənli 3 çoxfunksiyalı idman meydançası, 28 futbol məktəbi, 8 buzüstü hokkey meydançası, 25 basketbol və 23 voleybol kortu var.

Mədəniyyət[redaktə | mənbəni redaktə et]

Rayonda "Pobeda" kinoteatrı, "Pervomayski" mədəniyyət və istirahət parkı, 2 musiqi məktəbi, 9 kitabxana, 18 məktəb muzeyi, MBU "Fedorovski Mədəniyyət Evi" və "Motorostroiteley" Mədəniyyət Sarayı yerləşir.

Din[redaktə | mənbəni redaktə et]

Kalinin rayonunda, Müqəddəs Nikolay kilsəsi (Şakşe), Boqorodsko-Ufa kilsəsi, Müqəddəs Bahar şapeli, Mədinə məscidi (İnors) yerləşir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Всесоюзная перепись населения 1959 года. Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine  (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
  2. Всесоюзная перепись населения 1970 года Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу. Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine  (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
  3. Всесоюзная перепись населения 1979 года Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу. Arxivləşdirilib 2017-06-26 at the Wayback Machine  (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
  4. Всесоюзная перепись населения 1989 года. Численность городского населения Arxivləşdirilib 2017-06-27 at the Wayback Machine (rus.).  22 avqust 2011 tarixində.
  5. Всероссийская перепись населения 2002 года. Том. 1, таблица 4. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населённых пунктов - райцентров и сельских населённых пунктов с населением 3 тысячи и более Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine (rus.). 3 fevral 2012 tarixində.
  6. 1 2 3 4 5 6 Подготовка к проведению всероссийской переписи населения на территории городского округа г. Уфа Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine  (rus.)
  7. Численность постоянного населения Российской Федерации по городам, посёлкам городского типа и районам на 1 января 2009 года Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine  (rus.). 2 yanvar 2014 tarixində yoxlanılmışdır. 2 yanvar 2014 tarixində Arxivləşdirilmişdir.
  8. Всероссийская перепись населения 2010 года. Численность населения по населённым пунктам Республики Башкортостан Arxivləşdirilib 2018-10-01 at the Wayback Machine (rus.). 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində.
  9. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2013 года. — М.: Федеральная служба государственной статистики Росстат, 2013. — 528 с. (Табл. 33. Численность населения городских округов, муниципальных районов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов) Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine (rus.). 16 noyabr 2013 tarixində yoxlanılmışdır. 16 noyabr 2013 tarixində.
  10. Таблица 33. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2014 года Arxivləşdirilib 2020-04-27 at the Wayback Machine (rus.). 2 avqust 2014 tarixində yoxlanılmışdır.  2 avqust 2014 tarixində.
  11. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года Arxivləşdirilib 2020-05-14 at the Wayback Machine (rus.). 6 avqust 2015 tarixində yoxlanılmışdır. 6 avqust 2015 tarixində.
  12. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2016 года  (rus.)
  13. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2017 года (31 iyul 2017). 31 iyul 2017 tarixində yoxlanıldı. 31 iyul 2017 tarixində Arxivləşdirildi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]