Karvansaray adası — Vikipediya

Bu məqalə Karvansaray adası haqqındadır. Digər mənalar üçün Karvansaray səhifəsinə baxın.
Karvansaray adası
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
40°21′10″ şm. e. 49°50′27″ ş. u.
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Karvansaray adası xəritədə
Karvansaray adası
Karvansaray adası
Karvansaray adası (Azərbaycan)
Karvansaray adası
link=:Şəkil:
Karvansaray adası

Karvansaray adası[1]Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir. Xəzər dənizinin qalxıb-enməsi adanın gah suyun üzünə çıxarır, gah da dibinə gömür.

Bayıl qalası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Karvansaray adası" (az.)). mapcarta.com. 2016-02-08. Archived from the original on 2016-04-07. İstifadə tarixi: 08-02-2016.