Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi — Vikipediya

Blaqoveşenskiy kilsəsi
rus. Благовещенский собор
Xəritə
55°47′59″ şm. e. 49°06′20″ ş. u.
Ölkə  Rusiya  Tatarıstan
Şəhər Kazan
Yerləşir Kazan
Aidiyyatı Kazan Kremli
Tikilmə tarixi 1555—1562 illər
Material kərpic
Rəsmi sayt blagsobor.ru
Yalnış nişanlama
İstinad nöm.1610053018
KateqoriyaKilsə
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi (Rusiyanın Avropa hissəsi)
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi (rus. Благовещенский собор Казанского кремля) — Kazan Kremlinin ərazisində yerləşən kilsə. XVI əsrdə inşa edilmişdir. Pskov memarlıq məktəbinin nümunəsidir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidəsidir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kilsənin yerində əvvəl 1552-ci ildə taxta kilsə inşa edilmişdir. 1562-ci ildə çar İvan Qroznının əmri ilə əhəngdaşından kilsə ucaldılmışdır. Kilsədə 1596, 1672, 1694, 1742, 1749, 1757 illərdə yanğınlar baş verib. 1736-cü ildə kilsə restavrasiya olunub və bir neçə dəyişikliklər həyata keçirilib (gümbəzlər soğanvari gümbəzlər ilə əvəz olunub, mərkəzi gümbəz barokko üslubunda uc ilə bəzədilib, qərb tərəfdə birmərtəbəli qonaq evi və pilləkənli eyvan tikilib).

1815-ci ildə kilsədə güclü yanğın baş verib və bura 2 il boş qalıb. 1821-ci ildə kilsənin restavrasiyadan sonra açılışı olub. 1855-ci ildə kilsə 1842-ci ilin yanğınından sonra da restavrasiya olunub. Kilsənin növbəti kapital rekonstruksiyası 1906-09 illərdə həyata keçirilib.

1630—1640-cı illərdə kilsənin yanında zəng qülləsi ucaldılıb. 1928-ci ildə qüllə sökülüb. Hal-hazırda onun yerində park yerləşir.

1925-ci ildə kilsə bolşeviklər tərəfindən bağlanmış və muzey kimi fəaliyyət göstərirdi. 1977—1984-ci illərdə kilsə restavrasiya olunur və 1841-ci ildə olan görünüşünü alır. Sonuncu dəfə kilsə 1995—2005 restavrasiya olunub.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]