Kiçik Qaynarca sülhü — Vikipediya

Kiçik Qaynarca sülh müqaviləsi
Kiçik Qaynarca sülh müqaviləsinin imzalanma səhnəsi
Kiçik Qaynarca sülh müqaviləsinin imzalanma səhnəsi
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 21 iyul 1774-cü il
İmzalanma yeri Qaynarca
Tərəflər Pyotr Aleksandroviç Rumyantsev-Zadunayski, Muhsin-zade Mehmet paşa
Dilləri rus dili, italyan dili, türk dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi. 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il LarqaKaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu. 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi:

1. Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; 2. Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) 3. Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; 4. Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; 5. Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi).6.Dnepr və Buq çayları arasındakı ərazilər Rusiyaya keçdi. Müqavilə 1700-cü il İstanbul müqaviləsi istisna olmaqla, Osmanlı və Rusiya imperiyaları arasında əvvəlki bütün müqavilələri ləğv etdi [1]. Kiçik Qaynarca sülh müqaviləsinin imzalanması və sonrakı digər müqavilələr Osmanlı İmperiyasının Balkanlarda təsirini zəiflətdi və Rusiya-Moldova siyasi əlaqələrinin genişlənməsinə əhəmiyyətli təsir göstərdi. Burada ən mühüm məqam isə, Osmanlı İmperiyasının tədricən zəifləməsi və bununla yanaşı, Rusiyanın Balkan yarımadasında öz təsirini gücləndirməsi ilə bağlı idi. Müqavilə 1779-cu ildə Kiçik Qaynarca sülh müqaviləsinin davamı olan Aynalı-Kavak Konvensiyası ilə tamamlandı; bu konvensiya Krım xanlığının müstəqilliyini və rus qoşunlarının onun ərazisindən çıxarılmasını təsdiq etdi. 1783-cü ildə müqavilələrin Krımın müstəqilliyini ehtiva edən maddələri ləğv edildi, Krım xanlığı Rusiya imperiyasına birləşdirildi; 28 dekabr 1783-cü ildə Rusiya və Türkiyə arasında Krım xanlığının müstəqilliyinə dair Kiçik Qaynarca sülh müqaviləsinin 3-cü maddəsini ləğv edən "Sülh, ticarət və hər iki dövlətin sərhədləri" haqqında akt imzalandı [2].

  1. КЮЧУК-КАЙНАРДЖИЙСКИЙ МИР 1774 • Большая российская энциклопедия - электронная версия. bigenc.ru. Дата обращения: 1 августа 2022. Архивировано 13 декабря 2019 года
  2. Полное собрание законов Российской Империи. Собрание Первое. Том XXI. 1781—1783 гг. Дата обращения: 28 апреля 2016. Архивировано 25 апреля 2016 года.