Kiçik Venesiya şəhərciyi — Vikipediya

Kiçik Venesiya
Ölkə Azərbaycan
Şəhər Bakı
İnşaatçı Əliş Ləmbəranski
Tikilmə tarixi 1960
Ümumi sahəsi 9,740 m2
Aidiyyatı Dənizkənarı Milli Park
Status Fəaliyyət göstərir

"Kiçik Venesiya"Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi.[1] İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan[2] "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur[3]Bakı bulvarının bir parkıdır.[4] "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur.[5] Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir.[6]

Tarixi[redaktə | mənbəni redaktə et]

1960-cı ildə istifadəyə verilmişdir.[7]

10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur.

Yenidən qurulması[redaktə | mənbəni redaktə et]

2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.[7] Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.[8]

Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir.[7]

Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları[8]) inşa edilmişdir.[7] Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edilir.[7]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. BAKIDAKI "KİÇİK VENESİYA ŞƏHƏRCİYİ"NDƏ AVROPA QONAQPƏRVƏRLİK KLUBU AÇILIB[ölü keçid]. mehriban-aliyeva.org, 10.06.2015  (az.)
  2. Serbiyanın birinci xanımı Dənizkənarı Milli Parkı gəzib — FOTO Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. bakubulvar.gov.az, 09.02.2013  (az.)
  3. "«Малая Венеция» в Баку — сказка на воде". trend.az. 20 aprel 2015. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
  4. "В Бакинском городке «Малая Венеция» открылся Европейский клуб гостеприимства". Xalq qəzeti. 11 iyun 2015. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
  5. "Проект «Мой Баку»: венецианская сказка на берегу Каспия". news.day.az. 20 may 2013. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2018.
  6. "Ильхам Алиев ознакомился с ходом работ по реконструкции на территории Приморского национального парка". Официальный интернет сайт Президента Азербайджанской Республики. 1 noyabr 2011. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
  7. 1 2 3 4 5 İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində "Kiçik Venesiya şəhərciyi"nin açılışında iştirak etmişdir Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. president.az, 28.05.2012  (az.)
  8. 1 2 İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine. president.az, 01.11.2011  (az.)