Kipr–Türkiyə münasibətləri — Vikipediya

Türkiyə–Kipr münasibətləri
Kipr və Türkiyə
 Kipr  Türkiyə

Kipr–Türkiyə münasibətləriTürkiyə Respublikası və Kipr arasında ikitərəfli diplomatik münasibətlər.

Tarix[redaktə | mənbəni redaktə et]

1960-cı ildə Böyük Britaniya Kiprə müstəqillik vermək məcburiyyətində qalır. 1963-cü ildə Kipr Prezidenti III Makarios, ölkə konstitusiyasına adanın yunan icması ilə müqayisədə Kipr türklərinin hüquqlarını məhdudlaşdıracaq olan dəyişiklikləri təklif edir. Bu təklif Türkiyə səlahiyyətlilərinin qarşı reaksiyasına səbəb olur. Kipr türklər prezidentin təklifini rədd edir və nəticədə adadakı yunanlarla türklər arasında qarşıdurmalar meydana gəlir. 1974-cü ildə Yunanıstandakı qara polkovniklər Kiprdə gizlin EOKA təşkilatının çevrilişini dəstəkləyir və Prezident III Makarios ölkədən qaçmaq məcburiyyətində qalır. Türkiyə Kipr türlərinin hüquqularını qorumaq məqsədiləadanın şimal-şərqini ələ keçirir. 1983-cü ildə Rauf Denktaş, yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının qurulduğunu elan edir[1].

Şimali Kipr Türk respublikasının müstəqilliyinin elan edilməsindən sonra Yunanistan hökuməti Avropa İttifaqı üzvlərini Türkiyənin birliyin tam hüquqlu üzvü kimi qəbul etməzdən əvvəl Kipr böhranını həll etməli olduğuna inandırır. Ankara belə bir açıq siyasi şərtin iqtisadi birliyə uyğun olmadığını bildirir. Bununla belə 1990-cı ildə Avropa İttifaqı Kipr Respublikasının birliyə üzv olmasını gəbul edir. Türkiyə siyasətçilərin Aİ üzv ölkələrə müraciəti veto ilə nəticələnmir. 1990-cı ildən bəri, Türkiyə adanın birləşməsi üçün bir prosedurun hazırlanmasına yönəlmiş olan BMT himayəsində vasitəçilik danışıqlarını dəstəkləyir. 1995-ci ilin yanvar ayı olan məlumata görə danışıqlarda irəliləyiş baş vermir. Kipr probleminin həlli görünmür[2]. Yunanistan Kipr Respublikası hökumətini dəstəkləyir, Türkiyə qoşunlarının öz ərazisindən geri çəkilməsinə və bu dövlətin ərazi bütövlüyünün bərpasına çağırır. Beynəlxalq forumlarda da ona dəstək verir. 2004-cü ilin aprelində, Kiprdə Annan Planının təklif etdiyi şərtlərə bir federasiya yaradılması əsasında adanın birləşdirilməsinə dair bir referendum keçirilir. Kipr yunanları "əleyhinə", Kipr türklərin isə "lehinə" səs verməsinə baxmayaraq Kipr Respublikası Avropa İttifaqına qəbul edilir. 2006-cı ilin dekabrında Kiprlə bağlı davam edən mübahisələr fonunda Avropa İttifaqı Kipr probleminin həlli tapılana qədər heç bir fəslin bağlanmayacağını bildirir. Türkiyənin Aİ-na girməsinə dair keçirilən altı səsvermədə Kipr Respublikası hökuməti veto hüququndan istifadə edir[3].

2017-ci ilin iyul ayında Türkiyənin Baş naziri Binəli Yıldırım, Şimali Kipr Türk Respublikasına səfəri zamanı Kipr böhranının həlli üçün danışıqları davam etdirməyə çalışmanın mənasız olduğunu söyləyir. Kipr yunanlarının 2004 referendumunda uzlaşmaya hazır olmadığını və adanın onların günahları səbəbiylə bölündüyünü xatırladır. Türkiyə Şimali Kiprdən 35.000 əsgərini geri çəkməyi və onların beynəlxalq polis qüvvələri ilə əvəz edilməsindən imtina edir. 2017-ci ildə olan məlumata görə Türkiyə Kipr Respublikasının varlığını tanımır və Şimali Kipr Türk Respublikası ilə əlaqələrini davam etdirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cyprus country profile - BBC News". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
  2. "Arxivlənmiş surət". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
  3. "Greece-Turkey-Cyprus Relations". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.