Kolxoz — Vikipediya

Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi.[1][2] 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur".[3]

Formaları[redaktə | mənbəni redaktə et]

SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir. Kənd təsərrüfatı artellərində torpaqdan istifadə, əmək və əsas istehsal vasitələri, iş heyvanları, texnika, məhsuldar heyvanlar, təsərrufat tikililəri və s. ictimailətdirilirdi. Kolxozçunun şəxsi mülkiyyətində yaşayış evi və həcmi Nizamnamədə müəyyən edilən yardımçı təsərrüfat, o cümlədən məhsuldar heyvan qalırdı. 1930-cu illərin əvvəllərində kənd təsərrüfatı kommunaları və TBŞ-lər kənd təsərrüfatı arteli nizamnaməsinə keçmişdir. Kənd təsərrüfatı arteli kolxozların əsas və vahid forması olmuş, bu Kolxozun Numünəvi Nizamnaməsində əksini tapmışdır. Kolxozun qarşısında duran əsas vəzifələr ictimai təsərrüfatı inkişaf etdirməkdən, əmək məhsuldarlığını və ictimai istehsalın səmərəliliyini yüksəltməkdən, intensivləşdirməkdən, onların texniki təchizatını yaxşıladırmaqdan, kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını artırmaqdan, texniki tərəqqinin tətbiqindən, həmçinin kolxozçuların, kommunist tərbiyəsi, ictimai həyata cəlb edilməsi, sosializm yarışının inkişaf etdirilməsi sahəsində iş aparmaqdan, kolxozçuların artan maddi və mədəni tələbatını dolğun etməkdən, kəndləri tədriclə abadlaşdırmaqdan ibarət idi.[3]

SSRİ kənd təsərrüfatı strukturu[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqında kolxozlar və sovxozlar: fermaların sayı, ortalam sahəsi və aqrar istehsalatdakı payı

İl Kolxozların sayı Sovxozların sayı Kolxoz sahəsi, ha Sovxoz sahəsi, ha Kolxozların payı Sovxozların payı Fərdi istehsalatın payı
1960 44,000 7,400 6,600 26,200 44% 18% 38%
1965 36,300 11,700 6,100 24,600 41% 24% 35%
1970 33,000 15,000 6,100 20,800 40% 28% 32%
1975 28,500 18,100 6,400 18,900 37% 31% 32%
1980 25,900 21,100 6,600 17,200 35% 36% 29%
1985 26,200 22,700 6,500 16,100 36% 36% 28%
1990 29,100 23,500 5,900 15,300 36% 38% 26%

Mənbə: SSRİ-nin Statistik İllik Kitabı, müxtəlif illər, SSRİ Dövlət Statistika Komitəsi, Moskva.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kolxoz sözünün Azleksdəki izahı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  2. Standard Kolkhoz Charter, Agropromizdat, Moscow (1989), pp. 4,37 (Russian).
  3. 3,0 3,1 Колхоз // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 452.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]