Kompüter tomoqrafiyası — Vikipediya

Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.[1]

Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır.

Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri[redaktə | mənbəni redaktə et]

Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır.

Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur.

3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır. Buna əsasən virtual endoskopik müayinələr – kolonskopiya, bronxoskopiya, damarların 3 ölçülü rekonstruksiyalı kontrast angioqrafiyası və s.

Müayinənin nəticələrini rentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında əldə etmək olar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]