Kor ərəbin mahnısı — Vikipediya

Kor ərəbin mahnısı
İfaçılar Şövkət Ələkbərova
Məmmədəli Əliyev
Rəşid Behbudov
Faiq Ağayev
Alim Qasımov
Mənsum İbrahimov
Babək Niftəliyev
Eyyub Yaqubov
Mələkxanım Əyyubova
Joseph Abbas Khayal Rustam
Yayımlanıb XX əsr
Dil Azərbaycan dili
Bəstəkar Fikrət Əmirov
Sözlərin müəllifi Hüseyn Cavid


Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.[1]

Mahnının sözləri[redaktə | mənbəni redaktə et]

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. В. С. Виноградов. Мир музыки Фикрета. — Язычы, 1983. — С. 103. — 129 с.

Video[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]