Kreml divarı nekropolu — Vikipediya

Görməli yer
Kreml divarı nekropolu
Ölkə
Yerləşdiyi yer Moskva şəhəri
Əsası qoyulub 1917
Əsas tarixlər
Bina
Status Dövlət tərəfindən qorunur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri [1]. 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir[2].

1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur [3].

Nekropolun təsviri[redaktə | mənbəni redaktə et]

Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir.[4] Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir.[5] Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)".[6]

Məzarlığın tarixi[redaktə | mənbəni redaktə et]

Çar dövrü[redaktə | mənbəni redaktə et]

1800-ci ildə Kremlin Nikolski qülləsi tərəfdən görünüşü

Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi [2] - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.[7] 1552-ci ildə çar İvan Qroznı Kreml xəndəyinin üstündəki Müqəddəs Üçlük Kilsəsində müqəddəsləşdirilmiş səfil Vasili Blajennınin dəfn mərasimində iştirak etmişdir. 1554-cü ildə bu yerdə onun adına məbəd (Vasili Blajennı kilsəsi)tikilmişdir.[2] Qəbiristanlıqlardakı digər məbədlər XVII əsrin ortalarına qədər mövcud olmuşdur.[8]

Qardaşlıq məzarlığı[redaktə | mənbəni redaktə et]

"Qardaşlıq məzarlığı" qazılması, 1917-ci il noyabr.

Kreml məzarlığı şərti olaraq bir neçə hissəyə bölünür. Birincisi 1917-1925-ci illərdə eyni məzarda dəfn olunanlardır. 1917-ci il noyabr inqilabı zamanı üsyanda ölən 238 nəfər 75 metr uzunluqda olan məzarda dəfn olunub.[9] Onlardan yalnız 57 nəfərin kimliyi bilinib.[10] Daha sonra 1919-1925-ci illərdə eyni uzunluqda ikinci məzarlıq salınıb və bu məzarlıqda 122 nəfər dəfn olunub. Ümumilikdə 350 nəfərdən artıq insanın dəfn olunduğu bu iki məzarlıqda 110 nəfərin kimliyi məlumdur.[10] Hər iki məzarlığın üzərinə qranit daşdan xatirə lövhəsi vurulub və üzərinə “Qardaşlıq qəbirstanlığı” sözü yazılıb.

Burada dəfn olunan şəxslərdən biri də Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanovdur. O, 1925-ci ildə Moskvada vəfat etdikdən sonra burada dəfn olunan sonuncu şəxslərdəndir.

1966-cı il dekabrın 3-də Alman qoşunlarının Moska yaxınlığında məğlubiyyətinin 25-ci ildönümü günü, Kremlin divarının yanında ilk əbədi alov peyda oldu. Burada naməlum əsgər dəfn edilmişdi. O Rusiyanın mərkəzi xatirə abidəsi oldu.[11] Naməlum əsgərin məzarının qranit plitələrində bu sözlər yazılmışdır: “Sənin adın məlum deyil. Şücaətiniz ölməzdir.[11]

"Qardaşlıq məzarlığı"nda dəfn olunanlar:

1917-ci il: Andreyev Pavlik, Baskakov T.A., Valdovski Y.M., Vever O., Virzemnek O.K., Voitoviç V.E., Elagin G.L., Zveynek Y. E., Kireyev A.A., Lisinova L.A., Mixaylov L.F., Morozov V.E., Saxarov, Snegirov N.M., Stepaçev I.G., Suxarev A.A., Şiryayev S.A., Şerbakov P.P.

"Dvinçilər": Sapunov E.N., Voronov A.P., Skvortsov G.A., Timofeev A.T., Zaporojets A.P., Nazarov I.A., Usoltsev M.T. [9], Trunov N.R., Gavrikov Y.V., Vladimirov S.V., İnyuşev A.A., Nedelkin T.F., Timofeyev G.

"Kremlçilər": Dudinski İ.A., Agafoşin S., Goryunov S., Zvonov, Zimin I., İvanov I., Kokorev S., Kosarev A., Kospyanik P., Kraşenilnikov V., Leşçikov A., Lizenko F ., Lısenkov F., Petuxov I., Romanov V., Rıjov M., Smirnov A., Sologudinov F., Soplyakov, Fedorov S., Xoxlov S., Tsiplyakov S., Şefareviç V.

"Samokatçiklər": Tomski G.V., Drozdov F., Yesaulov D.

1918-ci il: Vantorin A.İ., Tyapkin P.G., Yerov I.S., Baraseviç F.K., Gadomski A.V., Draudin M., Zasuxin P.A., Kvardakov A.V., Kuçutenkov A.A ., Pekalov S. M., Pryamikov N.N., Smilga İ.İ., Xorak A., Şvirkov E.P.

1919-cu il: Zveinek G.P., Zagorski V.M., Volkova M., İgnatova İ.M., Kvaş A.L., Kolbin, Kropotov N.N., Nikolaev A.F., Razorenov-Nikitin G.N ., Safonov A.K., Titov G.V., Xaldina A.N., Tankus S.N., Mokryak M.I., Stankeviç A.V.

1920-ci il: Podbelski V.N., Boşarov İ.İ., Xomyakov İ.M., Yanişev M.P., Osen A., Armand İ.F., Con Rid, Kovşov V.D.

aerovaqon qəzası: Abakovski V.İ., Artyom (Sergeyev F.A.), Gelbriç O., Konstantinov İ., Strupat O., Freeman D., Hevlett V.D.

1922-ci il: Afonin E.L., Jilin İ.Ya.

1923-cü il: Vorovski V.V., Vorovskaya D.M.[12]

1924-cü il: Nogin V.P., Lixaçov V.M.

1925-ci il: Nərimanov N.

1927-ci il: Voikov P.L.

Lenin mavzoleyi[redaktə | mənbəni redaktə et]

Ağacdan tikilən ilk Lenin mavzoleyi, 1924-cü il.

Kremlin ikinci məzarlığını Leninin mavzoleyi saymaq olar. 1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib. Digər tərəfdən, Mərkəzi Komitəyə ünvanlanan çoxsaylı teleqramlar və məktublar bu məsələnin həllinin xalqın tələbləri səviyyəsində həyata keçirilməsi zərurətini yaradıb.[13][14]

Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qırmızı meydanda xüsusi mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılsın.[15] Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.[16][17]

Stalin isə mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunub[18]. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.[19]

Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, uzun müzakirələrdən sonra Leninin meyidinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o, meyidin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.[20]

Qranitdən tikilmiş Lenin mavzoleyi

Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyidin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası Leninin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər. Ağacdan tikilmiş mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.[18]

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva hərbi qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb. Yalnız uzun illər sonra, 6 oktyabr 1993-cü ildə Moskva baş mühafizə idarəsinin rəisinin əmri ilə mavzoleydəki qaravul xidməti ləğv olunub. Leninin cəsədini daim nəzarətdə saxlamaq üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək. Onun cəsədi bircə dəfə o da İkinci Dünya Müharibəsi illərində mavzoleydən çıxarılıb. Leninin nəşi 1941-1945-ci illərdə Tümen şəhərində saxlanılıb.[21]

SSRİ dövründən fərqli olaraq mavzoleyə çanta, fotoaparat və digər əl əşyaları ilə keçməyə icazə verilir. Xüsusi keçiddə yoxlandıqdan sonra foto və video çəkilişlərin qadağan olunması haqqında xəbərdarlıq edilir. Mavzoleyə daxil olanda isə baş geyiminin çıxarılmasının mütləq şərt olması ziyarətçilərə başa salınır. Leninin nəşinin qarşısından keçəndə dayanmaq və əyilmək (baş əymək yox, sadəcə daha yaxından görmək) qadağandır.[22]

Divarlardakı kül məzarlar[redaktə | mənbəni redaktə et]

Carlz Emil Rutenberq, 2005-ci il.

Kreml məzarlığının üçüncü hissəsinə tanınmış ictimai, hərbi və dövlət xadimlərinin nəşinin yandırılaraq külünün Kreml divarlarına yerləşdirilən hissəsini aid etmək olar. Kremlin divarında yandırılan nəşlərin külünün yerləşdirilməsi 1925-ci ildə yaranan dəfn növüdü. Əvvəlcə Qırmızı Meydana "kül yerləşən küplər"inin gətirilməsi ayini ilə bağlı çətinliklər yaranırdı. Məsələn, SSRİ Ali İqtisadi Şurası sədrinin müavini Miron Vladimirovun cənazəsi zamanı onun külü divara doğru tabutda aparılmışdı. Sonralar cənazə törəni ənənəsi ləğv edildi.[23]

Ümumilikdə burada 115 nəfərin nəşinin külü yerləşdirilib və üzərinə xatirə lövhələri vurulub.

Məzarlığın bu hissəsində daha çox ziyarət olunanlar kosmonavt Yuri Qaqarin və marşal Georgi Jukovdur.[24] Məzarlıq bələdçisinin söylədiklərinə görə, bu şəxslərin qarşısında dayananların sayı daha çox olur.[22] Sonuncu dəfə Kreml divarlarına 20 dekabr 1984-cü ildə marşal Dmitri Ustinovun nəşinin külü yerləşdirilib.[6]

Sol tərəf (sağdan sola) Sağ tərəf (sağdan sola)
  1. Qriqori Orconikidze Konstantinoviç (1886-1937)
  2. Sergey Kirov Mironoviç (1886-1934)
  3. Valerian Kuybışev Vladimiroviç (1888-1935)
  4. Maksim Qorki (Aleksey M. Peşkov) (1868-1936)
  5. Mariya İlyinişna Ulyanova (1878-1937)
  6. Çkalov Valeri (1904-1938)
  7. Nadejda Krupskaya (1869-1939)
  8. Serov Anatoli Konstantinoviç (1910-1939)
  9. Polina Osipenko Denisovna (1907-1939)
  10. Raskova Marina Mixáylovna (1912-1943)
  11. Gregori Kravçenko Panteleeviç (1912-1943)
  12. Pamfilov Dmitrieviç Konstantin (1901-1943)
  13. Yaroslavski Emelyan Mixayloviç (1878-1943)
  14. Nikolayeva Klaudiya İvanovna (1893-1944)
  15. Şapoşnikov, Boris Mixayloviç (1882-1945)
  16. Şerbakov Aleksandr (1901-1945)
  17. Potyemkin, Vladimir Petroviç (1878-1946)
  18. Vakruşev Vasili (1902-1947)
  19. Rozaliya Zemlyaçka Samoylovna (1876-1947)
  20. Tolbuxin Fyodor İvanoviç (1894-1949)
  21. Vladimir Mixail Fedoroviç (1874-1951)
  22. Yefremov İllarionoviç Aleksandr (1904-1951)
  23. Mexlis Z. Lev (1889-1953)
  24. Şkiryatov Matvey Fedoroviç (1883-1954)
  25. Kuzmin, Anatoli Nikolaeviç (1903-1954)
  26. Andrey Yanuareviç Vışinski(1883-1954)
  27. Leonid Aleksandroviç Qovorov (1897-1955)
  28. Yudin Pavel Aleksandroviç (1902-1956)
  29. Lixaçov İvan (1896-1956)
  30. İvan Nosenko İsidoroviç (1902-1956)
  31. Zavenyagin Abrao Pavloviç (1901-1956)
  32. Malışev, Vyaçeslav Aleksandroviç (1902-1957)
  33. Juk Yefron (1892-1957)
  34. Petrovski Grigori İvanoviç (1878-1958)
  35. Tevosyan İvan (1902-1958)
  36. Krjanovski Nadejda (1872-1959)
  37. Kurçatov İqor Vasilyeviç (1903-1960)
  38. Mitrofan Nedelin İvanoviç (1902-1960)
  39. Xruniçev Mixail Vasilyeviç (1901-1961)
  40. Vannikov Boris L. (1897-1962)
  41. Xrulev Andrey (1892-1962)
  42. Antonov Aleksey İnakentieviç (1896-1962)
  43. Dıgay Nikolay Aleksandroviç (1908-1963)
  44. Kuçerenko Vladimir (1909-1963)
  45. Kuusinen Otto Vilhelm (1881-1964)
  46. Biryuzov Sergey Semenoviç (1904-1964)
  47. Frol Romanoviç Kozlov (1908-1965)
  48. Kuraşov Sergey Vladimiroviç (1910-1965)
  49. Sergey Pavloviç Korolev (1907-1966)
  50. Rudakov Aleksandr Petroviç (1910-1966)
  51. İqnatov Nikolay Griqorieviç (1901-1966)
  52. Stasova Yelena (1873-1966)
  53. Malinovski Rodion Yakovleviç (1898-1967)
  54. Komarov Vladimir Mixayloviç (1927-1967)
  55. Voronov Nikolay Nikolayeviç (1899-1968)
  56. Yuri Qaqarin (1934-1968)
  57. Sereqin Vladimir Sergeyeviç (1922-1968)
  58. Sokolovski Vasili Daniloviç (1897-1968)
  59. Rokossovski Konstantin Konstantinoviç (1896-1968)
  60. Meretskov Kiril Afanaseviç (1897-1968)
  61. Semyon Timoşenko Konstantinoviç (1895-1970)
  62. Yeremenko, Andrey İvanoviç (1892-1970)
  63. Şvernik Nikolay Mixayloviç (1888-1970)
  64. Georgi Dobrovolski Timofeyeviç (1928-1971)
  65. Vladislav Volkov (1935-1971)
  66. Patsayev Viktor İvanoviç (1933-1971)
  67. Zaxarov Matvey Vasileviç (1898-1972)
  68. Krılov Nikolay İvanoviç (1903-1972)
  69. Konyev İvan Stepanoviç (1897-1973)
  70. Qreçko Andrey Antonoviç (1903-1976)
  71. Yakubovski İvan İqnateviç (1912-1976)
  1. Heyvood Villiam Dudley (1869-1928)
  2. Landler Jeno (1875-1928)
  3. Makmanus Artur (1889-1927)
  4. Rutenberq Çarles Emil (1882-1927)
  5. Vladimir Mironov, K. (1879-1925)
  6. Ustinov Dmitri Fedoroviç (1908-1984)
  7. Kostandov Arkadeviç Leonid (1915-1984)
  8. Yanoviç Pelşe Arvid (1899-1983)
  9. İvan Baqramyan (1897-1982)
  10. Kosıqin Aleksey Nikolayeviç (1904-1980)
  11. Kulakov Fedor Davidoviç (1918-1978)
  12. Keldış Mstislav (1911-1978)
  13. Vasilevski Aleksandr (1895-1977)
  14. Georgi Jukov Konstantinoviç (1896-1974)
  15. Kamenev Serqey Serqeyeviç (1881-1936)
  16. Karpinski Aleksandr Petroviç (1846-1936)
  17. Gekkert Frits (1884-1936)
  18. Tovstuxa İvan Pavloviç (1889-1935)
  19. Peter Smidoviç Germoqenoviç (1874-1935)
  20. Dovgalevski Valerian Savelieviç (1885-1934)
  21. Vyaçeslav Menjinski R. (1874-1934)
  22. Şteynqart Matveyeviç Aleksandr (1887-1934)
  23. Usiskin İlya Davidoviç (1910-1934)
  24. Vasenko Andrey Boqdanoviç (1899-1934)
  25. Fedoseenko Fedoroviç Pavel (1898-1934)
  26. Lunaçarski Vasilyeviç Anatoli (1875-1933)
  27. Sen Katayama (1859-1933)
  28. Holtsman Abrao Zinovieviç (1894-1933)
  29. Baranov Petr İonoviç (1892-1933)
  30. Serqey İvanoviç Qusev (1874-1933)
  31. Sviderski Aleksey İvanoviç (1878-1933)
  32. Olminski Stepanoviç Mixail (1863-1933)
  33. Stopani Mitrofanoviç Aleksandr (1871-1932)
  34. Kirkij Kupriyan Osipoviç (1888-1932)
  35. Pokrovski Mixail Nikolayeviç (1868-1932)
  36. Stuşka Petr İvanoviç (1865-1932)
  37. Larin Mixail Aleksandroviç(1882-1932)
  38. Vladimir Triandafillov Kiriakoviç (1894-1931)
  39. Mixailov Mixail İvanov Silverstoviç (1894-1931)
  40. Lepse İvan İvanoviç (1889-1929)
  41. Skvortsov-Stepanov İvan İvanoviç (1870-1928)
  42. Tsyurupa D. Aleksander (1870-1928)
  43. Krasin Leonid Borisoviç (1870-1926)
  44. Klara Setkin (1857-1933)


Xüsusi dəfn edilənlər[redaktə | mənbəni redaktə et]

Kreml divarları qarşısında tabutda dəfn olunaraq məzarüstü büstləri qoyulan dövlət xadimlərinin məzarları bu qəbildəndir. Bu hissədə ilk dəfə olaraq 18 mart 1919-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri Yakov Sverdlov dəfn olunub.[6] 1926-cı ilin sonunda isə Londonda vəfat edən Sovet səfiri Leonid Krasinin külü divara qoyuldu. Onunla vidalaşarkən təntənəli dəfn mərasiminin ənənəsi ortaya çıxdı.[25]

Sonralar burada daha 11 nəfər, 3 noyabr 1925-ci ildə SSRİ İnqilabi Hərbi Sovetin sədri Mixail Frunze, 22 iyul 1926-cı ildə inqilabçı, hərbi xadim, SSRİ Birləşmiş Dövlət Siyasi İdarəsinin sədri Feliks Dzerjiniski, 6 iyun 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin, 5 sentyabr 1948-ci ildə Mərkəzi Komitənin katibi Andrey Jdanov, 1 noyabr 1961-ci ildə İosif Stalin (mavzoleydən çıxarıldıqdan sonra)[24], 6 dekabr 1969-cu ildə SSRİ-nin müdafiə komissarı, marşal Kliment Voroşilov, 30 oktyabr 1973-cü ildə marşal Semyon Budyonnı[26] , 29 yanvar 1982-ci ildə Mərkəzi Komitənin katibi Mixail Suslov, 15 noyabr 1982-ci ildə baş katib Leonid İliç Brejnev, 14 fevral 1984-cü ildə baş katib Yuri Andropov, 13 mart 1985-ci ildə baş katib Konstantin Çernenko dəfn olunublar.[8]

Bu sırada daha çox ziyarət olunanlar İosif StalinLeonid İliç Brejnevdir.

Ümumilikdə isə nekropolda 400-dən çox insan "yatır", onlardan 50-i əcnəbi, iyirmidən çox millətin nümayəndəsidir.[1]

Lenin məqbərəsinin sağındakı Kreml divarının yaxınlığında nəşi yandırılmadan tabutda və qəbirdə dəfn olunanlar. Belə dəfn olunublar:

Xadim Tutduğu vəzifə[27] Dəfn tarixi Qəbir üstü abidəsi
Yakov Mixailoviç Sverdlov ÜmumRusiya İcra Komitəsinin sədri 18 mart 1919-cu il
Mixail Vasileviç Frunze SSRİ İnqilabi Hərbi Şurasının 3 noyabr 1925-ci il
Feliks Edmundoviç Dzerjinski SSRİ Xüsusi Dövlət Siyasi İdarəsinin sədri 22 iyul 1926-cı il
Xalq Təsərrüfatı ali şurasının sədri
Mixail İvanoviç Kalinin SSRİ Ali Sovetinin rəyasət heyətinin sədri 6 iyun 1946-cı il
Andreu Aleksandroviç Jdanov Komunist Partiyası Mərkəzi Komitəsinin katibi 5 sentyabr 1948-ci il
Sov.İKP MK Siyasi Bürosunun üzvü
İosif Vassarionoviç Stalin SSRİ Nazirlər Sovetinin sədri 1 noyabr 1961-ci il (dəfn edilmişdir)
Kliment Yefremoviç Varaşilov SSRİ Ali Sovetinin rəyasət heyətinin sədri 6 dekabr 1969-cu il
SSRİ Xalq müdafiə komissarı
Semyon Mixayloviç Budyonnı Sovet İttifaqı marşalı 30 oktyabr 1973-cü il
Mixail Andreyeviç Suslov Sov.İKP MK üzvü 29 yanvar 1982-ci il
Sov.İKP MK sədri
Leonid İliç Brejnev Sov.İKP MK baş katibi 15 noyabr 1982-ci il
SSRİ Ali Sovetinin rəyasət heyətinin sədri
Yuri Vladimiroviç Andropov 14 fevral 1984-cü il
Sov.İKP MK baş katibi
Konstantin Ustinoviç Çernenko 13 mart 1985-ci il
SSRİ Ali Sovetinin rəyasət heyətinin sədri
Sov.İKP MK Siyasi Bürosunun üzvü

Nekropolun dizaynı[redaktə | mənbəni redaktə et]

Kreml divarındakı məzarlar
Nekropolda "Fəxri qaravul"

1918-ci ilin aprelində Moskva şəhər soveti Qırmızı Meydanda Proletar İnqilabı abidəsi və həlak olmuş döyüş yoldaşlarının xatirəsini əbədiləşdirmək üçün müsabiqə elan etdi. Elə həmin ilin iyun ayında ümumi və fərdi qəbirlərin dizaynı təsdiq edildi: nekropolu ərazinin qalan hissəsinin üzərində teras formasında qaldırılması planlaşdırılırdı. Senat qülləsinin divarına xatirə lövhəsi vuruldu, məzarların üstündəki torpaq təpələri bərabərləşdirildi, ərazi çəmənliklə örtüldü və çiçək dipçəkləri ilə bəzədildi.[6] Həmçinin, rəyasət heyəti adından qəbirlərin yaxınlığında üç sıra cökə əkilərək, xiyabanda elektrik işıqlandırması quraşdırıldı.[10]

Xatirə lövhəsi müsabiqəsibdə Sergey Konenkov qalib gəldi. Onun əsəri - bir əlində qırmızı bayraq, digərində xurma budağı olan "Qanadlı dahi" idi. Əsərin üzərində belə yazılmışdır: "Sülh və xalqların qardaşlıq mübarizəsində həlak olanlara" itihaf olunur. Abidənin açılışı 1918-ci il noyabrın 7-də inqilabın birinci ildönümünün qeyd olunması şərəfinə baş tutdu.[28]

1918-ci ildə Vladimir Leninin təklifi ilə Arsenal Qülləsinin yaxınlığındakı Aleksandr Bağında Romanovlar sülaləsinin 300 illiyi şərəfinə ucaldılmış 20 metrlik abidə inqilabın və sosialistlərin ilk abidəsinə dəyişdirildi. Onun üzərində Karl MarksınFridrix Engelsin, Georgi Plexanovun və digər inqilabçıların adları həkk edildi.[29]

1924-cü ildə divarın yaxınlığında ilk kol və ağaclar əkildi. Sonralar Nikita Xruşovun dövründə burada meyvə bağı salmağa çalışdılar, lakin meyvə ağaclarının ətrafına intensiv olaraq onların barı töküldüyündən rəhbərlik fikirini dəyişdi[30]. 1931-ci ilin payızında cökələr mavi küknarlar ilə əvəz edildi [6], vaxtaşırı quruyan ağaclar yenidən əkilirdi.[30]

1946-cı ildə memar İsidor Fransız nekropolun dizaynının müəllifi oldu. Yakov Sverdlovun, Mixail Frunzenin, Feliks Dzerjinskinin, Mixail Kalinin məzarları üzərində qranit bordyurlarla bürünc dəfnə yarpaqları ilə bəzədilmiş büstlər və məzar daşları qoyuldu. "Qardaşlıq məzarlığı"nda dəfn edilmiş şəxslərin adı qeyd olunan xüsusi lövhələr vuruldu. Restavrasiya olunduqdan sonra ziyarətçilər qəbirlərə giriş əldə etdilər.[6]

1973-1974-cü illərdə memarlar Qriqori Vulfson, V.Daniluşkin və heykəltaraş Pavel Bondarenkonun layihəsinə əsasən nekropolun genişmiqyaslı yenidən qurulması həyata keçirildi.[10] Kütləvi məzarlığın ənənəvi forması qorunub saxlandı, lakin kompozisiya yeni memarlıq və heykəltaraşlıq elementləri ilə tamamlandı. Ümumi kompozisiyaya qranit şüarlar, mərmər plitələrə qoyulmuş dəfnə çələngləri, qranit çiçək vazaları əlavə edildi. Nekropolda 1973-cü ilə qədər dağ külü, yasəmən və yemişan əkilirdi.[10] Onları da mavi küknarlarla əvəz etdilər. Hər büstün arxasında dörd ağacın əvəzinə bir dənə mavi küknar əkildi.[6] Mavzoleyin tribunaları və qranitləri də yeniləndi. "Qardaşlıq məzarlığı" üçün monumental bəzək işləri Mıtışi sənət tökmə zavodunda düzəldildi.[25]

Nekropolun köçürülməsi[redaktə | mənbəni redaktə et]

İlk dəfə məzarlığın ləğvi məsələsi 1953-cü ildə Nazirlər SovetiSov.İKP Komitəsi tərəfindən qaldırılmış və müvafiq qətnamə qəbul edilmişdir. Divardakı küllərin, Lenin və Stalinin cəsədlərinin xüsusi tikilmiş Panteona köçürülməsi planlaşdırılırdı. Lakin bir müddət sonra layihə ləğv edildi.[31] 2013-cü ildə Mıtişidə Federal Müharibə Memorial xiyabanı açıldı. Kreml nekropolunun divarında yerləşdirilən küplər və burada dəfn olunanların xiyabana köçürülməsi və onlar üçün xüsusi bir kolumbariumun yaradılması barədə fikirlər səslənməyə başladı.[32] Lakin məzarların köçürülməsindəki əsas çətinlik qohumlarının razılığı olmadan yenidən dəfn edilməni qadağan edən federal qanunun olmasıdı. Belə ki,nekropol kompleksində olan "qardaşlıq məzarlarında" xeyli sayda şəxsiyyəti müəyyənləşdirilməyən insanlar dəfn edilmişdir. Həm də ki, divarın yaxınlığında dəfn edilmiş şəxslərin varisləri məzarların köçürülməsinə qarşı çıxaraq bunun ictimai narazılığa səbəb olacağını irəli sürərək yeni qəbiristanlığın tarixinin olmasını da israr edirlər.[33]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Александр Романов. "Власть нашла возможность убрать Сталина с глаз долой". km.ru. 2013-06-28. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  2. 1 2 3 Ева Мергачева. "Сталин и Брежнев — в хорошем состоянии". Московский комсомолец. 2009-12-07. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  3. Алексей Абрамов. "Правда и вымыслы о кремлёвском некрополе и Мавзолее". http://leninism.su. 2004-02-27. 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  4. Олег Ласточкин. "Перенос некрополя от Кремля расколет общество, считают потомки героев". РИА-новости. 2013-06-13. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  5. Валентина Оберемко. "«Тише, товарищи, спите». Перенесут ли захоронения у Кремлёвской стены?". Аргументы и факты. 2015-07-06. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  6. 1 2 3 4 5 6 7 Елена Харитонова. "«Красный погост». История некрополя у Кремлёвской стены в фотографиях из собрания Центра хранения электронных и аудиовизуальных документов Москвы". Официальный сайт мэра Москвы. 2013-12-24. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  7. Валентина Обременко. "«Тише, товарищи, спите». Перенесут ли захоронения у Кремлёвской стены?". Аргумента и факты. 2015-07-06. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  8. 1 2 Вся Москва, 2011
  9. Corney, pp. 41–42, provides a description of the ceremonies
  10. 1 2 3 4 5 Абрамов, 1988
  11. 1 2 Владимир Федоренко. "Вечный огонь на Могиле Неизвестного солдата в Москве. Справка". РИА новости. 2009-12-25. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  12. первая урна с прахом
  13. Quigley, p. 29
  14. Tumarkin, pp. 135–164, provides a detailed timeline of events of January 1924
  15. Quigley, p. 32
  16. Моя жизнь, 1991
  17. Генералиссимус, 2005
  18. 1 2 Quigley, p. 33
  19. Абрамов А. У Кремлёвской стены. — М.: Политиздат, 1974. — 311 с. — 100 000 экз.
  20. Петр Образцов. Главное тело России. Известия (25 января 2011). Дата обращения 25 марта 2018
  21. Quigley, pp. 34–35
  22. 1 2 "Kreml nekropolu – Milyonları torpağa gömən liderlərin gömüldüyü məkandan reportaj". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-01.
  23. Евгений Жирнов. "«Сидел-сидел, утром проснулись, а он умер». Как в СССР хоронили высших должностных лиц". Коммерсант.ru. 2015-06-26. 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
  24. 1 2 Язык власти, 1991
  25. 1 2 Красная площадь, 1980
  26. "Скончался последний маршал артиллерии СССР Владимир Михалкин". newsru.com. 2017-01-02. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  27. Ölümündən qabaq tutduğu vəzifə nəzərdə tutulur
  28. Елена Харитонова. "Красный погост". Московский журнал. 2017-06-21. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  29. Гончарова Александра Алексеевна, Хамцов Алексей Иванович. "Стены и башни Кремля". litresp.ru. 2014. 2016-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  30. 1 2 "У стен Кремля впервые за 30 лет начали высаживать новые ели". РИА новости. 2007-08-15. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  31. "Постановление ЦК КПСС и СМ СССР "О месте установления саркофага с телом Иосифа Виссарионовича Сталина"". oldgazette.ru. 1953-03-06. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  32. "Сталина и Брежнева могут перезахоронить в Мытищах". НТВета. 2013-06-27. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
  33. "Перенос некрополя от Кремля расколет общество, считают потомки героев". РИА Новости. 2013-06-28. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Вострышев Михаил Иванович, Шокарев Сергей Юрьевич. Вся Москва от А до Я. — М.: Алгоритм, 2011. — 1064 с. — ISBN 978-5-4320-0001-9.
  • Рябчиков Е.И., Абрамов А.С., Романовский И.С. Красная площадь. — М.: Московский рабочий, 1980. — 240 с.
  • Эрик Хан-Пира. Язык власти и власть языка. — М.: Вестник АН СССР, № 4, 1991.
  • Алексей Абрамов. У Кремлёвской стены. — М.: Политиздат, 1988. — 384 с. — 200 000 экз. — ISBN 5-250-00071-1.
  • Сергей Романюк. Сердце Москвы. — М.: Центрполиграф, 2013. — 909 с.
  • Дмитрий Евдокимов. Кремль и Красная площадь. — М.: ИТРК, 2003. — 272 с. — ISBN 5-88010-160-0.
  • Борис Бродский. Сердце Родины — Кремль. — М.: Изобразительное искусство, 1996. — 152 с. — 10 000 экз. — ISBN 5-85200-036.
  • Зодчие Москвы. Кн.2. XX век. — М.: Московский рабочий, 1988. — 368 с. — 39 000 экз.
  • Селим Хан-Магомедов. Мавзолей Ленина. — М.: Просвещение, 1972. — 128 с. — 100 000 экз.
  • Бабайцев А. В. Некрополь на Красной площади. Революционные воплощения традиционных символов // Человек. — 2010. — № 4. — С. 108—123.