Lətif Kərimov — Vikipediya

Lətif Kərimov
Lətif Kərimov, 1976-cı il
Lətif Kərimov, 1976-cı il
Doğum tarixi
Doğum yeri Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti sənətşünas, xalçaçı, vizual incəsənət rəssamı
Janr portret
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1976 "Qırmızı əmək bayrağı" ordeni — 1957 "Xalqlar dostluğu" ordeni — 1986 "Şərəf nişanı" ordeni — 1946 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1960 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1955 1-ci dərəcəli "Stalin" mükafatı — 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lətif Hüseyn oğlu Kərimov (4 (17) noyabr 1906, Şuşa8 sentyabr 1991[1], Bakı) – Azərbaycan xalçaçı-rəssamı, xalçaşünas, Azərbaycan SSR xalq rəssamı (1960).

Həyatı[redaktə | mənbəni redaktə et]

Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.

Xalça sənətində fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.

İlk dəfə olaraq Bakıda və Qubada (1932–1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.

1930–1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.

Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.

Onun 1937–1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi.

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.

Elmi-yaradıcılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırmışdır. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olmuşdur. Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir.

Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Bakıda xalça muzeyi təşkil olunmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Ковровых дел кудесник. Журнал "İRS", № 5(23), 2006.
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Lətif Kərimov1 11-12-1989)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  • Xalq rəssamı Lətif Kərimovun doğum günüdür
  • Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da – APA TV