Laqodexi — Vikipediya

Şəhər
Laqodexi
ლაგოდეხი
Bayraq Gerb
Bayraq Gerb
41°49′20″ şm. e. 46°16′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat VIII əsr
Mərkəzin hündürlüyü 435 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.700 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 354
Poçt indeksi 2700[2]
Xəritəni göstər/gizlə
Laqodexi xəritədə
Laqodexi
Laqodexi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Laqodexi (gürc. ლაგოდეხი, azərb. Qabal‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Laqodexi rayonunun mərkəzi, Kaxetiya tarixi ərazisinin parçası olub.

Əhalisi — 5918 nəfər (2014).[3] Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Laqodexinin adı Leketi sözündən yarandığı ehtimal olunur. Leketi tərcümədə leklərin vətəni deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklər patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir.

Leklərin Alazan çayının sağ sahilində yaşadığı dəqiqdir. Gürcülər ləzgilərdən başqa avarları da lek adlandırırlar. Daha sonralar bu ərazidə gürcülərin güclü dövlət qurulmasıyla ləzgilərin çoxu buradan çıxarılır, bölgənin adı da Leketidən Lekoyetiyə, Leqodetiyə çevrilərək sonda, indiki adını Laqodexini almışdır. Şəhər olaraq əsası isə 8-ci əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsiylə qoyulub.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Laqodexinin əhalisinin çox hissəsini gürcülər təşkil edir, 2-ci böyük etnos isə ərazinin 23,04 faizini təşkil edən azərbaycanlılar tutur. Azərbaycanlılar Laqodexinin Kabali kəndində (3238 nəfər), Gəncala (2243 nəfər), Qaraçala (2012 nəfər) və Uzunçalada (1786 nəfər) yaşayırlar (2014).[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. https://www.gpost.ge/?site-lang=ka&site-path=help/zipcodes/&group=3&letter=%E1%83%9A.
  3. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
  4. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.