Lefter Küçükandonyadis — Vikipediya

Lefter Küçükandonyadis
yun. Λεφτέρ Κιουτσουκαντωνιάδης
türk. Lefter Küçükandonyadis
Fənərbaxçalı azərkeşlərin Lefteri Böyükadada ziyarət edərkən çəkilməş foto
Fənərbaxçalı azərkeşlərin Lefteri Böyükadada ziyarət edərkən çəkilməş foto
Ümumi məlumatlar
Ləqəbi Ordinaryus[3]
Doğum tarixi 22 dekabr 1924(1924-12-22)[1]
Doğum yeri Böyükada, İstanbul ili, Türkiyə
Vəfat tarixi 13 yanvar 2012(2012-01-13)[2] (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Boyu 169 sm
Çəkisi 66 kq[3]
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lefter Küçükandonyadis (22 dekabr 1924[1], Böyükada, İstanbul ili[4]13 yanvar 2012[2], İstanbul) — Yunan əsilli Türk futbolçu və məşqçi. Doğum adı Yunancada azad mənasını verən Elefterios olan futbolçu qısaca olaraq Lefter kimi tanınır. Həmçinin ordinaryüs ləqəbi ilə də tanınır.

Türk futbolunun və Fənərbaxçanın ən məşhur futbolçularından biri olan Lefter Fənərbaxça Marşında adı keçən simvolik oyunçulardandır. Fənərbaxça ilə İstanbul Futbol Liqalarında ümumi 3, Milli Kümədə 1 və Super Liqada 3 dəfə olmaqla Türkiyə çempionatlarında ümumi 4 dəfə çempionluq yaşadı. 13 yanvar 2012-ci ildə o, müalicə gördüyü Amerika Xəstəxanasında 86 yaşındakı ağır sətəlcəm səbəbli ürək çatışmazlığından öldü.

Həyatı[redaktə | mənbəni redaktə et]

22 dekabr 1925-ci ildə Büyükadadaki Hamam küçəsində doğulmuşdur. Onun atası balıqçı Hristo, anası isə Argiro idi. Küçükandonyadisin ailəsi, 20-ci əsrin əvvəllərində Albaniyadan Böyükayaya köçən Yunan mənşəli bir ailə idi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Futbola Böyükadada başladı. Taksim İdman Klubunda yetişdi. Taksim Klubunun idarəçiləri 1941-ci ildə lisenziya vermək üçün məhkəmə qərarı ilə yaşını artırdılar. Beləliklə komandada oynaya bildi. O Taksimdə 2 il çıxış etdi. 1943-cü ildə orduya getdi, 4 illik hərbi xidmətdən sonra 1947-ci ildə İstanbula döndü və Fənərbaxçaya keçdi. Buradakı oyunu ilə diqqət çəkən Lefter, 3 Oktyabr 1951-ci ildə 17.500 lirə transfer haqqı ilə İtaliyanın ACF Fiorentina komandasına transfer oldu. Lefter, Fransanın OGC Nice klubunda 1 il oynadı və 1953-1954 mövsümündən etibarən yenidən Fənərbaxçada çıxış etdi. Eyni mövsümdə, İstanbul Liqasında ən çox qol vuran Lefter, 1964-cü ilə qədər Fənərbaxçanın forması ilə 400-dən çox qol vuraraq rekorda imza atdı. Bu dövrdə Türk futbolunun əfsanəvi fiqurlarından biri kimi tanındı.

Futbol həyatı boyunca 50 dəfə Milli Komandada çıxış edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]