Leonid Vaynşteyn — Vikipediya

Leonid Vaynşteyn
Leonid Moiseyeviç Vaynşteyn
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, SSRİ
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987).

Həyatı[redaktə | mənbəni redaktə et]

Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirmişdir. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, elecə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışmışdır. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük vermişdir. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənmişdir.

Əsas əsərləri: "İlham" baleti, "Səhranın bəyaz günəşi" rok-operası, üşaqlar üçün "Çəkməli pişik", "Zoluşka" operaları, Böyük simfonik orkestr üçün 6 simfoniya, Violino Konserti, simli orkestr üçün Konsert, simli kvartet; orqan üçün "Memorial" triptixi (Xocalı soyqırımına ithaf), qarışıq xor ilə BSO üçün "Azərbaycan-60" kantatası (R.Zəkanın şeirlərinə, F.Qarayevlə birlikdə); solist, kişi xoru və BSO üçün "Dənizə dönmək istərəm" oratoriyası (Nazim Hikmətin şeirlərinə), "Dəniz, səma və məhəbbət" vokal silsiləsi (Nəbi Xəzrinin şeirlərinə), teatr, kinofilmlər üçün musiqi, estrada pyesləri, romans və mahnılar. Son əsərlərindən biri "Sənin baharın gələcək Azərbaycan!" ("Твоя весна придёт Азербайджан!") romansı olmuşdur.

Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Əbdürrəhman Vəzirovun bacısı Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.