Lui van Qaal — Vikipediya

Lui van Qaal
nid. Louis van Gaal
Doğum tarixi 8 avqust 1951(1951-08-08) (72 yaş)
Doğum yeri
Fəaliyyəti futbolçu, futbol məşqçisi
louisvangaal.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luis van Qaal (8 avqust 1951, Amsterdam) — Hollandiyalı keçmiş futbolçu və baş məşqçi. Hal-hazırda Mançester Yunaytedin baş məşqçisidir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

1973-1977-ci illər arasında Belçikanın Royal Antverp futbol klubunda, 1977-1978-ci illərdə isə Hollandiyanın Telstar və 1978-1986-cı illərdə AZ Alkmaar klublarında yarımmüdafiəçi olaraq oynamışdır.

Baş məşqçilik karyerası[redaktə | mənbəni redaktə et]

Baş məşqçilik karyerasına 1986-cı ildə Ayaksın baş məşqçi köməkçisi kimi başlamışdır. 1991-ci ildə baş məşqçi vəzifəsinə gətirilmişdir. 1997-ci ilə qədər davam edən Ayaks baş məşqçiliyində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. 1992-ci ildə UEFA Kubokunu qazanmışdır.1994, 19951996-cı illərdə Hollandiya çempionatını, 1993-cü ildə Hollandiya Kubokunu, 1994, 19951996-cı illərdə Hollandiya Super Kubokunu qazanmışdır.

1997 - 2000-ci illərdə Barselonada baş məşqçilik etmişdir. Bu müddətdə, 1997/98-ci illərdə UEFA Superkubokunu, 1998/99-cu illərdə isə həm La Liqa, həm də İspanya Kral Kubokunu qazanmışdır. O, 2000/01-ci illərdə Hollandiya milli futbol komandasına baş məşqçilik etmişdir. Ancaq uğursuzluq ona yenidən Barselonaya qayıtmasına səbəb olmuşdur.

2005-ci ildə AZ Alkmaarda baş məşqçilik etmişdir. 2007/08-ci illərdə Çempionlar Liqasına qatıla bilmədiyi üçün komandadan ayrılmışdır. Lakin daha sonra, yəni, 2008/09-cu illərdə yenidən komandaya qayıtmışdır.

Məşhur baş məşqçi Hollandiyada keçirdiyi uğurlu illərdən sonra Bavariya ilə razılaşmışdır. O burada Bundesliqa və Almaniya kubokunu qazanmış, Çempionlar liqasında final oynamışdır. Daha sonra Hollandiya milli futbol komandası ilə razılaşan Luis van Qaal 2014 Dünya kubokunda üçüncülük əldə etmişdir. Milli komanda ilə ayrılacağını bildirdikdən sonra isə Mançester Yunayted ilə razılaşmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]