Müəssislər Məclisi — Vikipediya

Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis.

Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisi[redaktə | mənbəni redaktə et]

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Türkiyə Müəssislər Məclisi (1960-1970-cı illər)[1][redaktə | mənbəni redaktə et]

1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi.

6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu. Təmsilçilər palatasında isə yerlərin üçdə ikisi (Cümhuriyyət Xalq Partiyası) CXP-yə məxsus idi. Təbiidir ki, bu da CXP-nin MBK üzvləri üzərində güclü təsirindən qaynaqlanırdı. CKMP isə 25 yer qazanmışdı. Müəssislər Məclisinin başlıca funksiyası konstitusiya və seçki qanunu layihəsini işləyib hazırlamaqdan ibarət idi.

Sovet Sosialist Respublikasının Müəssislər Məclisi[redaktə | mənbəni redaktə et]

1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkinin nəticələri heç də bolşeviklərin xeyrinə olmadığından Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]