Müqəddəs Varfolomey kilsəsi (Bakı) — Vikipediya


Müqəddəs Varfolomey kilsəsi
Müqəddəs Varfolomey kilsəsi dağıdılmamışdan əvvəl
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər, A.Zeynallı küçəsi, 67
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Layihə müəllifi İ. V. Edel
Memar İ. V. Edel
Tikilmə tarixi 1892
Rəsmi sayt
İstinad nöm.5716-1
Müqəddəs Varfolomey kilsəsi (İçərişəhər)
Müqəddəs Varfolomey kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qız qalası yaxınlığında Müqəddəs Varfolomeyi anma mərasimi

Müqəddəs Varfolomey kilsəsi — İçərişəhərdə mövcud olmuş, hal-hazırda isə qalıqları qalmış kilsə.

Müqəddəs Varfolomey kilsəsi 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına[1] Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə inşa edilmişdir. Kiçik kapella formalı ortodoks kilsəsinin interyerini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi.[2] Kilsə memar İ. V. Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdi. Kilsə Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. İnanca görə, Qız qalası yaxınlığında yerləşən bu ərazidə b.e. 71-ci ilində Həvari Varfolomey yerli bütpərəstlər tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür.[3][4][5] Kilsə 1936-cı ilə kimi fəaliyyətini davam etdirmiş, daha sonra isə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür. Müasir dövrdə Müqəddəs Varfolomeyin anım günü olan 24 iyun səhəri Bakı yeparxiyası kilsənin qalıqları olan yerdə moleben həyata keçirir.[6] 2003-cü ildə Konstantinopol patriarxı Vorfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristianlarına hədiyyə olaraq Bakıya gətirmişdir və həmin qalıqlar indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxlanılır.[7] Müqəddəs Varfolomey kilsəsinin qalıqları 2015-ci ildə arxeoloji abidə kimi qeydə alınmışdır.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 87. 2021-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
  2. Часовня святого апостола Варфоломея (Баку) Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, ourbaku.com, İstifadə tarixi:26 iyun 2015
  3. История одного праздника Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine, Rus Pravoslav Kilsəsi Bakı yeparxiyasının rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
  4. Житие и страдания святого апостола Варфоломея Arxivləşdirilib 2009-04-05 at the Wayback Machine, Церковный научный центр "Православная Энциклопедия", 13 мая 2008, İstifadə tarixi: 26 iyun 2015
  5. Проповедь Святого Апостола Варфоломея Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine, Alban-Udin Cəmiyyətinin rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
  6. В БАКУ ПОЧТИЛИ ПАМЯТЬ АПОСТОЛА ВАРФОЛОМЕЯ Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, vesti.az, 27 Июня 2009, İstifadə tarixi: 26 iyun 2015
  7. Тамара Гумбатова - ПРАВОСЛАВНЫЕ СЧИТАЮТ СВЯТОГО АПОСТОЛА ВАРФОЛОМЕЯ ПОКРОВИТЕЛЕМ БАКУ Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, mediaforum.az, 2007-07-02, İstifadə tarixi: 26 iyun 2015
  8. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb[ölü keçid], APA, 04 May 2015, İStifadə tarixi:26 iyun 2015

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]