Müzəffərilər dövləti — Vikipediya

Müzəffərilər dövləti (bənövşəyi)

Müzəffərilər dövləti (1314-1393) — İranda feodal dövləti.

Tarixi[redaktə | mənbəni redaktə et]

Müzəffərilər dövləti Yəzd, Fars və Kirman əyalərlərini əhatə edirdi. Paytaxtı Şiraz şəhəri idi. Dövlət müzəffərilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunurdu. Sülalənin banisi Şərəf əd-din Müzəffər Elxani hökmdarı Qazan xanın minbaşısı və Yəzd yaxınlığındakı Məybur şəhərciyinin hakimi olmuşdur. Sonralar Elxanilər dövlətinin tənəzzülü dövründə müzəffərilər bütün Fars, Kirman və İraq-i Əcəmi özlərinə tabe etdilər. 1359-cu ildə Mübariz əd-din Məhəmməd (1314-1359) Azərbaycana hücum edib Təbrizi tutdu. Lakin bir həftədən sonra Azərbaycanı tərk etməyə məcbur oldu və tezliklə oğlu Şah Şüca (1359-1384) tərəfindən öldürüldü. Şah Şücanın ölümündən sonr Müzəffərilər dövləti parçalandı. Teymur 1393-cü ildə sonuncu müzəffəri hökmdarı Mənsuru (1387-1393) məğlub edib Müzəffərilər dövlətinə son qoydu.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Müzəffərilər dövlətində iqtisadi və mədəni həyat nisbətən inkişaf etmiş, şəhərlərdə, xüsusilə Şirazda abadlıq işləri aparılmışdı. Hafiz Şirazi Müzəffərilər dövlətində yaşayıb yaratmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Мүзәффәриләр дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 122.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]