Məşədi Mirzə Qafar İsmayılov — Vikipediya

Məşədi Mirzə Qafar İsmayılov
Şəxsi məlumatlar
Vəfat yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı,
Əsas tikililəri
Təsirlənib Qasım bəy Hacıbababəyov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qasımbəy məscidi

Məşədi Mirzə Qafar İsmayılovazərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir.[2] Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.[3]

Layihəsi Mirzə Qafar İsmayılov tərəfindən hazırlanmış və bir müddət Nəriman Nərimanovun yaşadığı bina.

1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur.[4]

Xanlar məscidi

O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.[5][6]

Onun bir digər əsəri olan və Tacir Babayevə məxsus olan bina 1900-cü ildəəsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nəriman Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913–1918-ci illərdə ailəsi ilə birgə yaşayıb.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Эфендизаде, 1986. səh. 50
  2. Фатуллаев, 1978. səh. 215
  3. "Məşədi Mirzə Qafar İsmayılov". Azərbaycan Arxeologiyası. 16 moyabr 2017. 24 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2024.
  4. "ХАNLАR MƏSCİDİ" (az.). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  5. Vilayət Quliyev. "Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni – III YAZI". modern.az. 13 iyul 2012. 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2024.
  6. Fətullayev-Fiqarov, 2013. səh. 251
  7. "Burada Nəriman Nərimanovun toyu keçirilib". 21 mart 2016. 21 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2024.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Эфендизаде, Р. М. Архитектура Советского Азербайджана. Moskow. 1986.
  • Фатуллаев, Ш. Градостроительство Баку XIX—начала XX веков. Leningrad. 1978.
  • Fətullayev-Fiqarov, Ş. XIX-XX əsrin əvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Baku. 2013.