Məhəmməd Baqiri — Vikipediya

Məhəmməd Baqiri
fars. محمد حسین باقری
Şəxsi məlumatlar
Doğum tarixi iyun 1960 (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İran İnqilab keşikçiləri Ordusu, İran Silahlı Qüvvələri
Xidmət illəri 1980-ci ildən
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri Order of Nasr "Fəth" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi[1]) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir[2].

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur[3]. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir[4]. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir[5]. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir[6]. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur[7]. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir. Fəth ordeninin və Nəsr ordeninin sahibidir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Böyük qardaşı Həsən Baqiri İran-İraq müharibəsində komandir olmuşdur[7]. Həsən Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat şöbəsinin yaradıcısı və ilk quru qüvvələri komandiri olmuşdur.[8].

Sanksiyalar[redaktə | mənbəni redaktə et]

8 aprel 2019-cu ildə ABŞ İranın İnqilab Keşikçilərini xarici terror təşkilatı olaraq adlandırmışdır[9]. İsrailin Baş naziri Benyamin Netanyahu, Twitterdə Donald Trampa dərhal təşəkkür etmişdir[10]. Məhəmməd Baqiri bu haqda bunları demişdir: “Biz ABŞ-nin Qərbi Asiyadakı qoşunlarını terrorçu hesab edirik və əgər o lənətə gəlmişlər bir şey edərlərsə, biz onlara qarşı cəsarətlə mübarizə aparacağıq[11][12]

Xəbərlərdə[redaktə | mənbəni redaktə et]

İŞİD haqqında danışan Məhəmməd Baqiri “Bağdad bizim qırmızı xəttimizdir” demiş və İŞİD-in Bağdada hücum edəcəyi təqdirdə İranın İŞİD-lə mübarizə aparmaq məqsədilə İraqa hərbi müdaxilə edəcəyini vurğulamışdır.[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Arash Karami. "Khamenei appoints new head of Iran's armed forces". Al-Monitor. 28 June 2016. 25 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2017.
  2. 1 2 "If ISIS attacks Baghdad, Iran will intervene militarily, says Iranian general". IranGeo. 3 December 2016. 6 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2016.
  3. Kenneth Katzman, "Iran's Foreign and Defense Policies" (PDF), Congressional Research Service, Federation of American Scientists, 6 February 2017, səh. 22, 8 March 2017 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 1 March 2017
  4. "A slice of biography and career history of Mohammad Bagheri". farsnews. 2019-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  5. Nadimi, Farzin. "Who Is Iran's New Armed Forces Chief of Staff?". washingtoninstitute. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  6. A New Military Chief Rises in Iran, Stratfor, 8 July 2016, 27 September 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 March 2017
  7. 1 2 Who Is Iran's New Armed Forces Chief of Staff?, The Washington Institute for Near East Policy, 5 July 2016, 8 February 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 March 2017
  8. "Bagheri's role in Imposed War". Institute of martyr Hassan Bagheri. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib.
  9. Wong and Schmitt, Edward and Eric. "Trump Designates Iran's Revolutionary Guards a Foreign Terrorist Group". nytimes. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  10. Wong and Schmitt, Edward and Eric. "Trump Designates Iran's Revolutionary Guards a Foreign Terrorist Group". nytimes. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  11. Goodenough, Patrick. "Responding to IRGC Terror Designation, Iranian Regime Threatens US Central Command". cnsnews. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  12. O'CONNOR, TOM. "IRAN SAYS IT WILL HELP REVOLUTIONARY GUARDS FIGHT 'TERRORIST' U.S. MILITARY; ALLIES OFFER THEIR SUPPORT". newsweek. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.