Məmməd Quliyev (bəstəkar) — Vikipediya

Məmməd Mehdi oğlu Quliyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Göyçay
SSRİ SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı
Azərbaycan Azərbaycan
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janrlar opera, simfoniya
Təhsili
Mükafatları Azərbaycan SSR-in əməkdar incəsənət xadimi

Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət KonservatoriyasınaQara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir.

60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir.

Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir.

İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur.[1] Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.

Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.

Bəstəkarın həyat yoldaşı Cülyetta MirAslan qızı Quliyeva — filoloq, pedaqoq — Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanım Nərimanovanın qardaışı qızıdır.

Bəstəkarın yeganə övladı Mehdi Məmməd oğlu Quliyev — tanınmış həkim psixiatrdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 01.12.1982[2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Opera
Vokal əsərləri
Simfonik və kamera-instrumental əsərləri
  • 7 simfoniya :
  • I (1963),
  • II (1968) — "Антивоенная",
  • III (1970) — "Mən — Azərbaycanam" — Fikrət Qocanın sözlərinə,
  • IV (1984) — "Muğam",
  • V (1988) — Rauf Abdullayevə ithaf,
  • VI (1990),
  • VII (1993) — "Xəmsədən damlalar".
  • "Simfoniya — rekviyem" — Xocalı hadisələrinə həsr olunmuş
  • "Simphonia Domestica" — kamera orkestr üçün
  • "Simfoniyetta" — 4 hissəli böyük simfonik orkestr üçün
  • "Rekviyem" — 20 Yanvar şəhidlərinə həsr olunmuş — böyük simfonik orkestr üçün
  • "Muğamsayağı" və "Aşıqsayağı" — kamera orkestr üçün
  • "Çağırtılar" ("Позывные") — böyük simfonik orkestr üçün. https://www.youtube.com/watch?v=7AzofITb_cA
  • Təntənəli KONSERT — UVERTÜRA — böyük simfonik orkestr üçün
  • "Bayram marşı" — böyük simfonik orkestr üçün
  • "Bayram poeması" — simli alətlər və 2 fortepiano üçün
  • "Lyarqo və Skertso" — kamera orkestr üçün
  • "Kədərli musiqi" — kamera orkestr üçün
  • "Romantik poema" — böyük simfonik orkestr üçün
  • Sonata — pikkolo və kontrabas üçün
  • Sonata — qaboy və basklarnet üçün
  • 2 pyes — kamera orkestri üçün — Qara Qarayevə ithaf (1975)
  • "Nostalgiya" — böyük simli orkestr üçün — Qara Qarayevə ithaf (2000)
  • "Cangi" — qaboy, zurna və böyük simfonik orkestr üçün
  • Konsert — tar və fortepiano üçün
  • "Rondo" — tar və fortepiano üçün
  • Konsert — skripka və orkest üçün
  • Konsert — violonçel və kamera orkestr üçün
  • Hərbi Marş — nəfəsli orkestr üçün
  • "Nonet" — nəfəsli və zərb alətləri üçün
  • "Trio" — skripka, fortepiano və violonçel üçün
  • Kvartet — iki skripka, alt və violonçel üçün
  • "Variasiyalar" — simli kvartet üçün
  • "Fortepiano üçün albom" — 20 fortepiano üçün pyes (Məmməd Quliyev. Fortepiano üçün albom)
  • "Türk xalq mahnısı" — 2 skripka və fortepiano üçün
  • başqa simfonik və kamera-instrumental əsərləri.

Video[redaktə | mənbəni redaktə et]

İstinadlar

Xarici keçidlər

Nəşrlər

1. МАМЕД КУЛИЕВ, КВАРТЕТ для двух скрипок, альта и виолончели. Партитура, Баку, Азəpнəщр, 1972.

2. Кулиев, Мамед Мехти оглы, Альбом для фортепиано: Для учащихся муз. уч-щ и консерваторий / Ред. и авт. предисл. Рауф Абдуллаев. — Баку : Ишыг, 1980. — 65 с. : http://search.rsl.ru/ru/record/01001938851

3. Гулиjeв Məммəд, Консерт. Виолончел вə симфоник оркестр yчyн. Клавир. Бакы. Ишыг. 1987.

4. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / М. КУЛИЕВ (1936): "Обманутые звезды", Фрагменты оперы (на азербайджанском яз.) / С10–12281-2 / 1979 http://records.su/album/18892

5. МАМЕД КУЛИЕВ, ДВЕ ПЬЕСЫ для камерного оркестра, партитура, Москва : МУЗЫКА, 1974. — 31 с

6. МƏММƏД ГУЛИJЕВ, Лjaрго вə Скертсо, Камера оркестр учун. Партитура. Бакы, Азəpнəшр, 1974.

7. Хоры советских композиторов, без сопровождения и в сопровождении фортепиано, М. КУЛИЕВ. ПЕСНЬ О НИЗАМИ. Слова А. Салахзаде (перевод с азербайджанского М. Павловой), Москва, "Музыка", 1985. с. 14–33.

8. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / ГОС. СТРУННЫЙ КВАРТЕТ АЗЕРБАЙДЖАНА / М . КУЛИЕВ, В СТИЛЕ "МУГАМ" / С10–17695 004 / 1982 http://records.su/album/21010

9. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / АДЫГЕЗАЛОВ Рауф… Джейран (М. Кулиев — ашуг Алескер); Гел биае (нар. песня, обр. М. Кулиева) / С60–09525-6 / 1977 http://records.su/album/18056