Məqsəd Səttarov — Vikipediya

Məqsəd Səttarov
Məqsəd Məhəmmədəli oğlu Səttarov
Doğum tarixi 1925
Doğum yeri
Vəfat tarixi 2000
Vəfat yeri
Elm sahəsi fəlsəfə
Elmi dərəcələri
İş yeri
Üzvlüyü

Məqsəd Səttarov (1925, Ağstafa2000, Bakı) — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Məqsəd Məhəmmədəli oğlu Səttarov 1925-ci ildə Poylu kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir.

Məqsəd Səttarov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, AMEA-nın Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov (ikinci sırada soldan dördüncü) və b.

Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.

Məqsəd Səttarov 2000-ci ildə Bakıda vəfat etmişdir. Professor Tofiq Məmmədovun əmisi oğlu.

Elmi yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Məqsəd Səttarovun elmi yaradıcılığı ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini, dinateizm məsələlərini əhatə etmişdir. Alim Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını araşdırmışdır.

Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və tarix kafedrasının elmi-nəzəri və kadr potensialının artırılmasında Məqsəd Səttarovun xidmətləri çox olmuşdur.[2]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • N. Nərimanov və din. Bakı, 1995
  • İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fəlsəfə və Hüquq İnstitutu". 2015-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-26.
  2. Azərbaycan Texnologiya Universiteti [ölü keçid]
  3. Azərbaycan Kitabxanaları Toplu Elektron Kataloq [ölü keçid]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291