Mərmərə regionu — Vikipediya

Mərmərə regionu
Marmara Bölgesi

40°37′48″ şm. e. 28°07′48″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb iyun 1941
Sahəsi
  • 67.306 km²
Əhalisi
Əhalisi
  • 23.202.727 nəf. (1 yanvar 2014)
Mərmərə regionu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərmərə regionuTürkiyənin 7 coğrafi regionundan biridir. AvropaAsiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. [1]

Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizmkənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır.

Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğdaçuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir. Bağçılıq da xeyli inkişaf etmiş olub, Təkirdağ, Şarköy, Mürəftə, Avşa və Bozca Ada üzüm və üzüm şərabları ilə məşhurdur.

Bölgənin meşə sahə nisbəti 11.5%-dir. Ev heyvandarlığı və ipək böcəkçiliyi geniş yayılmışdır. Əhali və əhalinin sıxlığı, şərqdən qərbə köç səbəbindən çox yüksəkdir. Enerji istehlakı və turizm gəlirləri ən yüksək olan regiondur.

İstanbul, Mərmərə bölgəsinin sıx əhalili olmasında mühüm rol oynayır.

Tərkibi[redaktə | mənbəni redaktə et]

İstanbul, Təkirdağ, Ədirnə, Kırklareli, Yalova, Kocaeli tamamilə bölgə hüdudları içində; SakaryaBiləcik Qara dəniz regionunda torpaqları olub, bir hissəsi Mərmərə regionuna düşür. Mərmərə bölgəsinin ən böyük şəhəri İstanbuldur. Mərmərə Bölgəsindəki ən kiçik şəhər isə Yalovadır.

Dağlar[redaktə | mənbəni redaktə et]

Mərmərə Bölgəsində Ulduz dağları, Biga dağları, Kapıdağ, Uludağ, Samanlı dağları, Domaniç Dağı, Qoru Dağları, İşıqlar dağı, Armutçuk dağı, Kazdağı, Almacıq dağları yerləşir. Bunların ən böyüyü Bursadakı Uludağdır. Hündürlüyü 2543 metrdir. Bundan başqa, bölgədəki Ədirnə ilində hər hansı bir dağ yoxdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ayşegül Celepoğlu ((Ed.)). Türkiye 2007. Başbakanlık Yayın ve Enformasyon Genel Müdürlüğü tarafından Türk Haberler Ajansı'na hazırlatılmıştır. səhifə 27.