Mətn prosessoru — Vikipediya

MS Word 2003 mətn prosessoru
LibreOffice Writer mətn prosessorunun Linux üzərindəki görüntüsü

Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür.

Windows ƏS-da mətn prosessoruna Wordpad daxildir. Wordpad-ın genişlənməsi isə .rtf-dir.

Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1, LibreOffice Writer və s. misal göstərmək olar. Windows ƏS-da mətn prosessoruna Ofis Proqramları siyahısına daxil olan Microsoft Word-ün genişlənməsi isə .doc-dur. Çarpaz platformada işləyən LibreOffice Writer-nin genişlənməsi isə .ott və ya .otf-dur

Populyar mətn prosessorları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]