Madaqaskar coğrafiyası — Vikipediya

Madaqaskar coğrafiyası — Dünyanın dördüncü böyük adası. Hind okeanında yerləşir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Madaqaskar adası – dünyanın sahəsinə görə 4-cü adası olub (590 min km2 ), "Böyük Qırmızı Ada" adlandırılır. Ada Afrikadan 100 mln. il bundan əvvəl ayrıldığından, fauna və floranın ¾-ü endemikdir. Ada əsasən lemurlar və növlərinin sayı 1000-ə yaxın olan orxideyaları ilə məşhurdur. Dünyada rast gəlinən buqələmunların təxminən yarısı, kəpənəklərin isə 3000-ə yaxın növü burada məskunlaşıb. Madaqaskar ərazisində 13 milli park və qoruq var, lakin onlardan cəmi 7-də təbiəti mühafizə normaları yerinə yetirilir. Ən əlçatan parkı Perine-Analamazoatradır. Burada rütubətli tropik meşələr və meşələrdə yaşayan ən iri lemur-indrilər mühafizə olunur.

Madaqaskarın şimal sahili başdan-başa vəhşi çimərliklərdən təşkil edilmişdir. Burada Antsirabe şəhəri yaxınlığında leykemiyaya qarşı dərman hazırlanmasında istifadə olunan Cəzayir bənövşəsi plantasiyaları vardır. Ranomafana Milli Parkı Antananarivudan cənuba gedən yol üzərində yerləşərək, meşələri mühafizə edir. Adanın cənub-şərqində qədim fransız limanı Taulantru yerləşir. Ondan 80 km qərbdə sahəsi 32 ha. olan Berenti qoruğu yerləşir. Onun sahibi Jan de Olmdur. Sahibin atası vaxtilə buranı aqava yetişdirmək üçün almış, lakin sonda meşələri qırmamışdır, buna görə 1985-ci ildə təbiəti mühafizəyə görə Getti mükafatına layiq görülmüşdür. Madaqaskar adası Afrika yaxınlığında yerleşir ve materik menşeli ada hesab olunur. Adanin menseyi materik menselidir.

Bitki örtüyü[redaktə | mənbəni redaktə et]

Madaqaskarda bitki zonaları qərbdən şərqə bir-birini əvəz edir. Çox rütubətli şərq sahilboyunda və dağların şərq yamacında rütubətli tropik meşələr inkişaf etmişdir (səyahətçi ağacı, tamarind, müxtəlif palmalar), orta zonada otlu savanna, şərqdə isə tikanlı kolluqlar zonası yerləşir. Adanın şərq sahilində ensiz düzənlik sahənin dövrü rütubətlənən tropik meşələri altında əsasən qırmızı-laterit torpaqlar, dağların şərq yamacının daima rütubətli tropik meşələri altında humuslu dağ lateritləri inkişaf etmişdir. Şərq yamaclarda, yaylanın dövrü rütubətlənən tropik meşələrində və hündür otlu savannalarında dağ qırmızı torpaqlar, qərb və cənub sahil ovalıqlarında və dağətəyində kserofit tropik meşələrin qəhvəyi-qırmızı, quru savannaların qırmızı-qonur torpaqları inkişaf etmişdir. Madaqaskar ərazisində temperatur şəraitinin eyni olmasına baxmayaraq şərqdən qərbə yağıntıların miqdarının kəskin azalması coğrafi zonaların meridian istiqamətində uzanmasına səbəb olmuşdur. Burada coğrafi zonallıq eyni zamanda oroqrafik şəraitlə sıx əlaqədardır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]