Mahur-Hindi — Vikipediya

Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir:

  1. Bərdaşt
  2. Mayeyi – Mahur
  3. Üşşaq
  4. Hüseyni
  5. Vilayəti
  6. Şikəsteyi – fars
  7. Əraq
  8. Qərai

Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]