Maks Teyler — Vikipediya

Maks Teyler
Max Theiler
Doğum tarixi
Doğum yeri Cənubi Afrika, Pretoriya
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri ABŞ, Konnektikut
Vəfat səbəbi ağciyər xərçəngi
Vətəndaşlığı Cənubi Afrika Respublikası, ABŞ
Elm sahələri virusologiya, bakteriologiya, biologiya
İş yerləri
Alma-mater Keyptaun Universiteti
Təhsili
Mükafatları Nobel mükafatıNobel mükafatı (1951)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maks Teyler (ing. Max Theiler) - amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb. Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir [1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916-1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur.

1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur. 1930-cu ildə Rokfeller Fondunun (Nyu-York Uluslararası Sağlamlıq Bölümünə qoşulur, 1951-ci ildən həmin fondda Tibb və Səhiyyə bölümünün laboratoriya direktoru olur.

1928-ci ildə Lilian Grehemlə ailə qurub, 1 qızı var.[2]

Elmi işləri[redaktə | mənbəni redaktə et]

Onun ilk işləri amöb dizenteriyasına və siçovul dişləməsi qızdırması ilə əlaqəlidir. O, 1927-ci ildə öz həmkarları ilə birgə sübut edir ki, sarı qızdırmanın törədicisi bakteriya yox, filtrdən keçriləbilən virusdur. O, həm də göstərə bildi ki, bu xəstəlik siçanlara da keçə bilər. Ondan əvvəl laborator eksperimentlər meymunlarda aparılırdı: sınağlarda siçanların istifadə edilməsi tədqiqata lazım olan pul məbləğinin xeyli azalmasına gətirib çıxardı. 1930-cu ildə Rokfeller fondu sarı qızdırmaya qarşı mübarizə edirdi. Maks Teiler həmkarları ilə birgə kütləvi istehsala hazır olan təhlükəsiz, standartlaşmış peyvənd düzəldir.

Onun digər elmi işləri bəzi yoluxucu xəstəliklərin səbəbi və immunoloji mexanizmlərinə həsr edilmişdi: leptospiroz, denge qızdırması, yapon ensefaliti. Laborator siçanlarında tapdığı poliomiyelitə oxşar xəstəliyə hazırda Teiler xəstəliyi (ensefalomiyelit).

İki tədqiqat işinin rəhbəri olub: İnsanda virus və rikketsia infeksiyaları (1948) və Sarı qızdırma (1951). The American Journal of Tropical Medicine (Amerikanın Tropik Təbabət Jurnalı) və Annals of Tropical Medicine and Parasitology (Tropik Təbabət və Parazitologiyanın Salnamələri) jurnallarında bir çox məqalənin müəllifidir.

Ödüllər[redaktə | mənbəni redaktə et]

  • Tropik Təbabət və Higiyena üzrə Kral Cəmiyyətinin Çalmer Medalı (London, 1939)
  • Flatteri Medalı (Harvard, 1945)
  • Lasker Fondunun Lasker Ödülü (1949)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Center for the History of Science. Norrby E. - Yellow fever and Max Theiler: the only Nobel Prize for a virus vaccine". 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  2. "The official web site of the Nobel Prize. Max Theiler - Biographical". 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]