Maykl Cordan — Vikipediya

Maykl Cordan
ing. Michael Jordan
Mövqeyi qısa hücumçu[d]
Boyu 198 sm
Çəkisi 98 kq, 88 kq, 90 kq, 98 kq
Vətəndaşlığı
Doğum tarixi 17 fevral 1963(1963-02-17)[1][2][…] (61 yaş)
Doğum yeri
Təhsili
Oyunçu seçimi Chicago Bulls
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Cordan (17 fevral 1963[1][2][…], Bruklin, Nyu-York ştatı[3][4][…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mayklın valideynləri Ceyms Cordan və Deloris Pipls 1956-cı ildə (Şimali Karolina ştatının) Uollas şəhərində basketbol oyununda olarkən tanış olublar. Ceyms həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Deloris isə Tuskegee İnstitutunda təhsil alırdı. Onlar tanış olduqdan sonra tez bir zamanda evləndilər.[6]Mayklın iki qardaşı və iki bacısı var.[7]

1970-ci ildə onlar ailəlikcə Vilminqton şəhərinə köçdülər.[8] Orta məktəbdə oxuyarkən o dərslərini yaxşı oxumurdu və məktəbdə nizam-intizam qaydalarına riayət etmirdi.[9]

Cordon bir çox idman növü ilə məşğul idi, lakin ən çox o, beysbolu sevirdi. Beysbol üzrə Maykl uşaqlar arasında müəyyən uğurlar əldə etdi. 12 yaşında olarkən o , komandası ilə birlikdə yeniyetmələr liqası çempionatının finalına çıxdı, daha sonra əyalət çempionu oldu və çempionatın ən yaxşı oyunçusu kimi tanındı. Daha sonra Maykl yerli qaradərili gənclər arasında ən populyar oyun olan basketbolla ciddi maraqlanmağa başladı. Cordon hündür və ya güclü olmasa da, bu çatışmazlıqları kompensasiya etmək üçün sıçrayışını məşq edərək özünü inkişaf etdirməyə çalışırdı. Maykl böyük qardaşı Larri ilə tez-tez evin arxasındakı meydançada basketbol oynayırdı.[10]

Karyerası[redaktə | mənbəni redaktə et]

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.nba.com/history/legends/michael-jordan/.
  2. 1 2 Michael Jordan // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://espn.go.com/nba/player/gamelog/_/id/1035/michael-jordan.
  4. 1 2 http://espn.go.com/nba/player/stats/_/id/1035/michael-jordan.
  5. College Basketball at Sports-Reference.com.
  6. Porter, 2007, p. 1—2.
  7. Michael Jordan Biography (1963-) (англ.). filmreference.com. Дата обращения: 11 апреля 2010. Архивировано 3 января 2009 года.
  8. Ties to Michael Jordan Still Remain in His Hometown of Wilmington, NC // Jet. — Johnson Publishing Company, 1997. — Т. 92, № 5. — С. 50. — ISBN 0021-5996.
  9. Porter, 2007, p. 1—2.
  10. Porter, 2007, p. 3.