Melvil Reymond Şunker — Vikipediya

Melvil Reymond Şunker
M. R. Schunker
Şəxsi məlumatlar
Ləqəbi Dik
Doğum tarixi
Doğum yeri Britaniya Hindistanı
Vəfat tarixi
Vəfat yeri Qoa, Hindistan
Vətəndaşlığı Hindistan Hindistan
Həyat yoldaşı Anna Şunker
Hərbi fəaliyyəti
Mənsubiyyəti Hindistan Ordusu
Qoşun növü Hindistan Donanması
Xidmət illəri 1943-1984
Rütbəsi Vitse-admiral
Döyüşlər İkinci Dünya Müharibəsi
Təltifləri

Melvil Reymond Şunker (1925, Britaniya Hindistanı4 yanvar 2021[1], Qoa) — Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini.

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hindistan Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Melvil Reymond Şunker 1925-ci ildə Hindistanda anadan olmuşdur. O, 1943-cü ildə əsgər kimi müstəmləkə Hindistanın Hərbi Dənizçilik Könüllüləri Ehtiyatına qatıldı və burada hərbi xidmətinə başladı.[2] Yardımçı patrul gəmilərinin yanında mina gəmilərində də xidmət etdi.[3] İkinci Dünya müharibəsindən sonra Hindistan Kral Donanmasında daimi komissiyaya üzv seçildi.[4]

1956-cı ildə Şunker bir çox gəminin, o cümlədən, Liverpulda istismara verilən "Maysor" gəmisinin kapitanı vəzifəsinə qədər yüksəldi. O, zabit kimi bu gəminin ekipajında oldu. Təxminən iki il gəmidə xidmət etdikdən sonra Koşində yerləşən Silahçılıq Məktəbinə göndərildi. Uzun topçuluq kursu ilk dəfə Hindistanda idi və Şunker burada kurs zabiti idi.[5]

Melvil Reymond 1960-cı ildə "Rana" gəmisinin komandiri vəzifəsinə gətirilir. Daha sonra, Dəniz Planları Müdirinin müavini olaraq Hərbi Dəniz Qüvvələrinin Baş İdarəsində fəaliyyətinə davam etdi.[3] Qısa xidmətini başa vurduqdan sonra, 1961-ci ilin dekabrında Qərb Donanmasına Komandirlik Edən Bayraq Zabiti Baskar Sadaşiv Somanın yanında əməliyyat məmuru vəzifəsinə təyin edildi. Şunker Birgə Xidmət Müdafiə Kollecində fəaliyyətini və əməkdaşlığını davam etdirmək üçün İngiltərəyə göndərildi.[4]

1967-ci ildə donanmanın sualtı qolu "Kalvari" sualtı qayığı ilə quruldu. Şunker SSRİ-dən alınan gəmilərdən birinin istismar komandiri vəzifəsinə təyin edildi.[6] 1969-cu ildə Hindistana qayıtdı.[7] 26.01.1970-ci il tarixli Sərəncam ilə gəmi komandanlığında göstərdiyi misilsiz xidmətlərinə görə Melvil Reymond Şunker "Ati Vişişt Seva" medalı ilə təltif edildi.[8]

Melvil Reymond Şunkerin rütbəsi yüksəldildi və Camnaqardakı INS Valsura Elektrik Mühəndisliyi Məktəbinə komandir vəzifəsinə təyin olundu.[9] Kurslardakı təlimlərdən keçəndən sonra Mumbaydakı Qərb Dəniz Qüvvələri Komandanlığının Baş Qərargah Rəisi vəzifəsinə qədər yüksəldi.

1976-cı ildə Şunker bu vaxta qədər qazandığı ən böyük vəzifələrdən birini qazandı. Ona kontr-admiral rütbəsi verildi və Qərb Donanmasına Komandirlik Edən Bayraq Zabiti oldu.[10] 1 illik xidmətindən sonra vəzifəni Manohar Prahlad Avatiyə təhvil verib Dəniz Qüvvələrinin Baş Qərargahında dəniz qüvvələrinin başçısının müavini vəzifəsini icra etdi. 1978-ci ildə son rütbəsi olan vitse-admiral rütbəsinə qədər yüksələn Şunker Şərq Dəniz Komandanı oldu.[11][12]

İki illik işdən sonra, 1980-ci ildə bu vəzifədən istefa edərək Dəniz Qüvvələri qərargahına köçən Şunker 1 aprel 1980-ci ildə Dəniz Qüvvələrinin Baş Qərargahının başçısının müavini oldu.[13] Dəniz Qüvvələrində müstəsna və üstün xidmətinə görə 26.01.1981 tarixli Sərəncam ilə vitse-admiral Melvil Reymond Şunker "Param Vişişt Seva" medalı ilə təltif edildi.[14]

Son vəzifəsi Hindistan Sahil Mühafizəsinin baş direktorluğu olan Şunker 1984-cü ildə bu vəzifəni vitse-admiral S.Ceynə verdikdən sonra təqaüdə çıxdı.[15]

Təqaüddən sonra və ölümü[redaktə | mənbəni redaktə et]

Təqaüddən sonra Melvil Reymond Şunker həyat yoldaşı Anna ilə Qoaya köçdü və ömrünün sonuna qədər Porvorimdəki Müdafiə Koloniyasında yaşadı.[16]

Hindistan donanmasının vitse-admiralı Melvil Reymond Şunker 4 yanvar 2021-ci ildə 96 yaşında dünyasını dəyişmişdir.[17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Former Vice-Chief of Naval Staff passes away at 96 (ing.). 2021.
  2. "(631) – Navy lists > Bimonthly > 1944 > April > Volume 1 – British Military lists – National Library of Scotland". digital.nls.uk. 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  3. 3,0 3,1 "ADMIRAL M R SCHUNKER TAKES OVER AS NEW DIRECTOR GENERAL COAST GUARD" (PDF). archive.pib.gov.in. 2 aprel 1982. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  4. 4,0 4,1 Sainik Samachar (Volume 17, Issues 1–26). Director of Public Relations, Ministry of Defence.
  5. "Gunnery School – My Alma Mater". Quarterdeck: The Navy Foundation Magazine: 113.
  6. Singh, 1991. səh. 217
  7. "Quarterdeck 2014" (PDF). navyfoundationmumbaicharter.in. 2015-05-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  8. "GALLANTRY AND DISTINGUISHED SERVICE AWARDS FOR DEFENCE PERSONNEL" (PDF). archive.pib.gov.in. 25 yanvar 1970. 2020-12-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  9. "Commanding Officer | insvalsura". indiannavy.nic.in. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  10. "NEW CHIEF FOR WESTERN FLEET" (PDF). archive.pib.gov.in. 3 mart 1976. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  11. "Admiral Schunker to Head Eastern Naval Command" (PDF). Press Information Bureau of India – Archive. 2 fevral 1978. 2020-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 fevral 2020.
  12. "Vice Admiral Schunker Takes Over as Vice Chief of the Naval Staff" (PDF). Press Information Bureau of India – Archive. 1 aprel 1980. 2020-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 fevral 2020.
  13. "VICE ADMIRAL SCHUNKER TAKES OVER AS VICE CHIEF OF THE NAVAL STAFF" (PDF). archive.pib.gov.in. 1 aprel 1980. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  14. "GALLANTRY AND DISTINGUISHED SERVICE AWARDS FOR DEFENCE PERSONNEL" (PDF). archive.pib.gov.in. 25 yanvar 1981. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  15. "VICE ADMIRAL M. R. SCHUNKER DIRECTOR GENERAL COAST GUARD RETIRES" (PDF). archive.pib.gov.in. 30 March 1984. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-11.
  16. "String of burglaries in Goa defence colony has war veterans worried". The Indian Express. 8 sentyabr 2020. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  17. "Former Vice-Chief of Naval Staff passes away at 96". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.