Mezolit — Vikipediya

Mezolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Na₂Ca₂Si₉Al₆O₃₀ * 8H₂O
Strunz təsnifatı VIII/J.21[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Xassələri[redaktə | mənbəni redaktə et]

Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar.

Mənşəyi və yayılmas[redaktə | mənbəni redaktə et]

Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, GoranboyLaçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. mineralienatlas.de (ing.).

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]