Mikrobiologiya İnstitutu (Azərbaycan) — Vikipediya

Haqqında[redaktə | mənbəni redaktə et]

Mikrobiologiya institutu (əvvəllər Mikrobiologiya sektoru) 1972-ci ildə təşkil olunub.

Fəaliyyət istiqaməti: Bioloji aktiv maddələrin produsenti olan mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsasları

Laboratoriyalar[redaktə | mənbəni redaktə et]

Mikrob fermentləri laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: makromisetlərdə oksireduktaza və hidrolazaların sintezinin fizioloji-biokimyəvi və biotexnoloji əsasların tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri: Makromisetlərdə hidrolazaların sintezinin təbiətinin müəyyənləşdirilməsi, bitki mənşəli tullantıların utilizasiyasının bioloji üsullarının elmi və praktik əsaslarının işlənib hazırlanması.

Neft mikrobioloqiyası laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft mikrobiologiyası və ekoloji biotexnalogiya. Landsaftin çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması; layların neft çıxımını artırmağa imkan verən mikrobioloji metodun işlənib hazırlanması və tətbiq edilməsi; texnogen təsirdən pozulmuş torpaq ekosistemlərində biorenudatsiya metodlarının nəzəri problemlərinin və tətbiqinin işlənib hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri: Abşeronun neft yataqlarında yüksək iqtisadi səmərə ilə tətbiq edilən layların neft çıxımını artırmağa imkan verən metod işlənib hazırlanıb; "Neftçıxarmanın biotexnalogiyası" adlı monoqrafiya və 100-dən çox elmi məqalə çap olunub, Azərbaycanın və keçmiş SSRİ-nin 16 patenti və müəlliflik şəhadətnaməsi alınıb. Neftlə çirklənmiş torpaqların biorenudasiya metodu işlənib hazırlanmış və Abşeronda tətbiq edilmişdir.

Su mikrobioloqiyası laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Xəzər dənizinin Azərbaycan sahillərinin sularının və gruntunun mikroobioloji tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri: Xəzər dənizənin sularının mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtoxton mikroflorasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edilmişdir.

Hitotrof mikroorqanizmlər laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

1. Selluloza-kağız və neft emalı müəssisələrində olan avadanlıqların biozədələnməsi və bioçirklənməsi səbəblərinin öyrənilməsi.

2. Sulfid filizlərinin geokimyəvi çevrilməsində iştirak edən mikroorqanizmlərin öyrənilməsi.

Struktur bölmənin əsas elmi nəticələri: Avadanlıqların biozədələnməsinin və bioçirklənməsinin qarşısını almağa imkan verən bakterisid preparatlar alınmış və bir sıra müəssisələrdə tətbiq edilmişdir.

Bioloji səthi aktiv maddələr laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

1. Karbohidrogen parçalayan mikroorqanizmlərdə suda həll olan hüceyrə xarici səthi -aktiv maddə sintezi.

2. Tərkibində karbohidrogen substratı olan mühitdə becərilmiş müxtəlif lipogen göbələklərdə lipid sintezi və onun kimyəvi quruluşu.

Struktur bölmənin əsas elmi nəticələri:

1. Suyun səthi aktivliyini 28 dina/sm-ə endirən müxtəlif bakteriya stamları alınmışdır. Optimal şərait işlənib.

2. Tərkibində 20-70 %-ə qədər lipid toplayan Micor, Fusarium, Alternaria, Cephalosporium cinsinə aid stamlar ayrılmış, sintez olunan lipidin tərkibi öyrənilib.

Üzvi maddələrin botransformasiyası laboratoriyası[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft məhsullarının, o cümlədən Naftalan neftinin karbohidrogenlərinin mikrobioloji çevrilməsi prosesini öyrənməkdir.

Struktur bölmənin əsas elmi nəticələri: Göbələk və bakteriya kulturalarından ibarət 100 ştam ayrılmışdır ki, onların hamısı Naftalan neftini parçalama qabiliyyətinə malikdir.

Mikrob kulturalarının kolleksiyası bölməsi[redaktə | mənbəni redaktə et]

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Müxtəlif taksonomik qruplara daxil olan qeyri və ya səthi patogen mikroorqanizmlərin genofondunun yaradılması.

Struktur bölmənin əsas elmi nəticələri: Mikro və makro miesetlərə aid olan 500-ə qədər ştamın daxil olduğu kolleksiya yaradılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]