Mil-Muğan iqtisadi rayonu — Vikipediya

İqtisadi rayon
Mil-Muğan iqtisadi rayonu

39°53′32″ şm. e. 48°10′26″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 7 iyul 2021
Sahəsi 5.670 km²
Əhalisi
Əhalisi 513.770 nəfər
Mil-Muğan iqtisadi rayonu
Mil-Muğan iqtisadi rayonu

Mil-Muğan iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Beyləqan, İmişli, SaatlıSabirabad inzibati rayonları daxildir.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi Aran iqtisadi rayonunun (indiki Mərkəzi Aran iqtisadi rayonu) bir hissəsi idi.

Mil-Muğan iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.[2][3]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

İqtisadi rayon şimaldan Mərkəzi Aran iqtisadi rayonu, qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu və İran İslam respublikası ilə həmsərhəddir. İqtisadi rayonun relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 5,670 min km², əhalisi 513,77 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 6,4%-ni, əhalisinin isə 5,0%-ni təşkil edir. Əhalisinin etnik tərtibinin demək olar ki, hamısı Azərbaycan türklərindən ibarətdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ильхам Алиев подписал указ о новом делении экономических районов Азербайджана". vestikavkaza.ru (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az (az.). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  3. Сабина Шихлы Sputnik Азербайджан. "Президент утвердил новое деление экономических районов АР". Sputnik Азербайджан (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.