Mirzə Şəfi küçəsi (Bakı) — Vikipediya

Mirzə Şəfi küçəsi
Ümumi məlumatlar
Ölkə
Rayon Səbail
İçərişəhər küçələrinin xəritəsi: 1 — Böyük Qala, 2 — Kiçik Qala, 3 — Asəf Zeynallı, 4 — Qala, 5 — Hərb, 6 — Həqiqət Rzayeva, 7 — Vəli Məmmədov, 8 — Fərid Əliyev, 9 — İlyas Əfəndiyev, 10 — Mirzə Şəfi küçəsi, 11 — Telman Bağırov, 12 — Sabir, 13 — Firdovsi küçəsi, 14 — Müslim Maqomayev, 15 — Mirzə Mansur, 16 — Neftçilər, 17 — Əziz Əliyev, 18 — Səftər Quliyev, 19 — Qazı Məhəmməd , 20 — Vaqif Mustafazadə.

Mirzə Şəfi küçəsi - Bakı şəhərində İçərişəhərdə küçə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Küçə görkəmli Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin (1796-1852) şərəfinə adlandırılmışdır.

Əsas tikililər[redaktə | mənbəni redaktə et]

Küçə 2020-ci ildə

4 nömrəli bina - Bakı şəhər mədəniyyət idarəsi

Yaşayış binaları: 5 nömrəli bina (1880), 6 nömrəli (1876), 8 nömrəli (1898), 9 nömrəli (1870), 12 nömrəli (1890), 18A nömrəli (1900), 18B nömrəli (1900), 20 nömrəli (1900) yerli əhəmiyyətli arxitektura abidələri siyahısına daxil edilmişdir.[1]

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

Mədrəsə-məscidin fasadında "Qırçılar" installyasiyası

Mirzə Şəfi küçəsi ilə Asəf Zeynallı küçəsinin tinində rəssam Niyaz Nəcəfovun köhnə Bakı sənətkarlarına - qırçılara (binaların üstünü xüsusi neft məhsulu-qırla örtənlər) həsr olunmuş İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir. Rəssam bu əsərlə diqqəti vaxtilə vacib sənətlərdən birinin itib getməsinə cəlb etmək iistəmişdir.[2], Abidədə binanın üstündə dayanan qırçının köməkçisi tərəfindən ona kəndirlə yuxarı qaldırılmalı olan qaynar qır dolu vedrənin nə vaxt veriləcəyini gözlədiyi ifadə edilmişdir.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ичеи-шехер. Памятники местного значения". 2018-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  2. "Кирщики. Из воспоминаний Валерия Ивченко". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  3. Пространство современного искусства «YARAT!» представило проект Нияза Наджафова «Кирщики»[ölü keçid]
  4. "10 таинственных мест Старого города Баку. 10. Памятник кирщикам". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.