Mixail Frinovski — Vikipediya

Mixail Frinovski
Михаил Петрович Фриновски
avqust, 1930 – aprel, 1933
SonrakıAleksey Aqrba
Şəxsi məlumatlar
Doğum tarixi 26 yanvar (7 fevral) 1898[1]
Doğum yeri
Vəfat tarixi 4 fevral 1940(1940-02-04)[1] (42 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Qoşun növü NKVD

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frinovski Mixail Petroviç (26 yanvar (7 fevral) 1898[1], Narovçat[d], Penza quberniyası[d][1]4 fevral 1940[1], Moskva[1]) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır.

1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il «Milli mərkəz» hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir.

M.Frinovski 1921-ci ildə Tyütyunikin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında «Xolodnıy Yar» atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir.

1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir. Azərbaycanda işlədiyi dövr ərzində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 ФРИНОВСКИЙ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. "Arxivlənmiş surət". 2011-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-02.