Moby — Vikipediya

MOBY
Richard Melville Hall
Doğum tarixi (58 yaş)
Doğum yeri Harlem, ABŞ
Təhsili
  • SUNY Purchase[d]
Fəaliyyəti müğənni, musiqi prodüseri, bəstəkar, sahibkar, dicey, gitaraçı, pianoçu, fotoqraf, mahnı müəllifi[d]
Fəaliyyət illəri 1978-ci ildən
moby.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Mellvil Holl (ing. Richard Melville Hall) – Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj.

Həyatı[redaktə | mənbəni redaktə et]

Riçard 11 sentyabr 1965-ci il Nyu-York ştatının Harlem şəhərində anadan olub. Konnektikut ştatının Darien şəhərində böyüyüb. Valideynləri onu uşaqlıqdan bəri Moby deyə çağırırdılar. Bu ad onun əcdadı olan Herman Mellvil tərəfindən yazılmış Mobi-Dik adlı əsərdən götürülmüşdü. O uşaqlıqdan bəri gitara, bass-gitara, zərb alətləri və klavişli musiqi alətlərində çalmağı öyrənir.

Musiqi Karyerası[redaktə | mənbəni redaktə et]

Hələ 13 yaşında olarkən o, hardkor pank-rok qrup olan "The Vatican Commandoes" qrupunda çıxış edirdi. 1989-cu ildə "Instict Records" səsyazma şirkəti ilə müqavilə bağlayır. Bundan əvvəl isə müxtəlif klublarda house dj-i kimi çalışırdı. Onun ilk böyük uğuru "Go" adlı mahnısı olur. Bu mahnı 1991-ci ilin oktyabr ayında The UK Top Ten adlanan Böyük Britaniya musiqi onluğuna düşür. 1993-cü ildə Moby The Prodigy, Orbital və Alphex Twin-lə birgə turneyə çıxır. Onun 1995-ci ildə "Everyting Is Wrong" adlı albomu işıq üzü görür. Bu albom ona çoxlu tənqid və az gəlir gətirir. 1996-cı ildə o, əvvəlki stili təkrarlayan "Everyting Is Wrong – Mixed and Remixed" adlı albomu buraxır. Onun əvvəlki səsyazma şirkəti olan "Instict Records" tezliklə onun "Rare: The Collected B-Sides 1989-1993" adlı albomunu buraxır. Bu albomda olan "Thousand" adlı mahnı dünyanın ən sürətli musiqisi adına layiq görülür. Mahnının sürəti 1015 BPM idi. 1996-cı ildə o, hard rok/elektron musiqi stilində olan "Animal Rights" adlı albomunu buraxır və Red Hot Chili Peppers-lə birgə Avropa turnesinə çıxır. 1997-ci ildə o "I Like to Score" adlı albomu buraxır. Bu albom tam olaraq onun filmlərdə istifadə olunan musiqilərdən ibarət idi. Bu mahnıların arasında "Tomorrow Never Dies" adlı filmdə istifadə olunan "James Bond Theme" adlı adlı mahnısı da var idi. 1999-cu ildə o 18 mahnıdan ibarət "Play" adlı albomunu buraxır. 2003-cü ildə o Britney Spears-in "In The Zone" adlı albomu üçün "Early Mornin'" adlı mahnını yazır. Mahnı single kimi ayrıca buraxılmasa da, fanatların sevimli mahnısına çevrilir. 2002-ci ildə Moby 18 mahnıdan ibarət "18" albomunu buraxır. Albomun ən populyar mahnısı "We Are All Made of Stars" olur. 2005-ci ildə o "Hotel" adlı albomunu buraxır. Bu albomda vokalist rolunda Laura Dawn çıxış edir. 2006-cı il noyabrın 6-sında o ən yaxşı mahnılarından ibarət olan "Go: The Very Best of Moby" adlı albomu buraxır. Bu alboma, vokalist Debbie Harry-nin ifa etdiyi "New York, New York" mahnısı da daxil edilir. Son albomu isə 2008-in martında buraxdığı "The Last Night" olmuşdur. 2008-ci ildə "Songs for Tibet"da iştirak etdi və Dalay Lama ilə tanış oldu.[1]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Moby tərəfindən buraxılmış albomlar:

  • Moby
  • Ambient
  • Everything Is Wrong
  • Animal Rights
  • Play
  • Play: The B Sides
  • 18
  • 18 B Sides + DVD
  • Hotel
  • Go – The Very Best of Moby
  • Go – The Very Best of Moby: Remixed
  • Last Night
  • Wait for Me
  • Destroyed
  • Innocents
  • Long Ambients 1: Calm. Sleep.
  • These Systems Are Failing
  • More Fast Songs About the Apocalypse
  • Everything Was Beautiful, and Nothing Hurt
  • Long Ambients 2
  • All Visible Objects
  • Live Ambients – Improvised Recordings Vol. 1
  • Reprise

Qalmaqallar[redaktə | mənbəni redaktə et]

Müsahibələrinin birində Moby Eminemi tənqid edərək, onu homoseksuallığa və qadınlara nifrətə meylli adlandırır. Eminem buna öz "Without Me" (Mənsiz) adlı mahnısında onu 36 yaşlı şagird adlandıraraq və "Nobody listens to techno!" (heç kim texno musiqisi dinləmir) cümləsini işlədərək cavab verir. Moby 1992-ci ildən bəri texno stilində ifa etmədiyini bildirir.

  1. Pingitore, Silvia. "Interview with electronic music legend Moby which is way too short but I'm happy anyway" (ingilis). 2021-05-27. 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.